Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-295/2025 11.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlu sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin, Borclu iştirakları ilə , Biləsuvar Rayon Məhkəməsinin e-2(022)-85/2025-014 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət edərək, Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Biləsuvar Rayon Məhkəməsinin e-2(022)- 85/2025-014 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə 06 dekabr 2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına c atmayan 28 iyun 2021-0 il təvəllüdlü X3 və 04 avqust 2022-ci il təvəllüdlü X1 ücün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.İcra sənədi xx.xx.2025-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Bakı Şəhəri, Qaradağ Rayonu, Sahil Qəsəbəsi, X4, Ev.1a. Mənzil 51 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. İşdə iştirak edən tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişlər və məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu məhkəmə iclasında izahatında qeyd etd ki, icra məmuru nə vaxt çağırıbsa həmin vaxt gəlmişdir. Sadəcə icra məmuru ona alimentin 232 manat olduğunu deyəndə elə başa düşüb ki, iki uşaq üçün 232 manat məbləğində aliment ödəməlidir. Bu səbəbdən borcu yaranmışdır, hazırda həmin 1235 manat məbləğində olan borcunu birdən bağlaya bilməyəcəkdir, sadəcə hər ay artıq ödəməklə borcunu bitirəcəkdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə məhkəmə iclasında izahatında qeyd etdi ki, borclu çağırılan gəlməlidir, bu hələ icra sənədinin icrası demək deyildir. Borclunun aliment borcu vardır. Keçən dəfə ona zəng ediləndə demişdir ki, ayda 400 manat maaş alır, alimenti birtəhər ödəyir, ona görə borcunu ödəyə bilməyəcəkdir. Hazırda təqdimatın təmin edilməsi və onun məcburi gətirilməsi əsas deyildir, əsas məhkəmə qətnaməsini vaxtında icra etmək və borcunu ödəməkdir. Əgər borclu gələcəksə hazırkı təqdimatın təmin olunmasında maraqlı deyildir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirərək qeyd edir ki, borclu əvvəllər müvafiq icra sənədinin icrası ilə əlaqədar icra şöbəsində olmuş, hazırda da məhkəmə iclasında iştirak etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə icra sənədinin icrası ilə əlaqədar borclunun məcburi gətirilməsinə dair məcburi icra tədbirinin tətbiq edilməsinə lüzum yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Biləsuvar Rayon Məhkəməsinin e-2(022)-85/2025-014 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin təqdimatı təmin edilməsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №8(002)-295/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-295/2025
11.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver