Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-297/2025 05.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, Tələbkar alimentin indeksasiyası barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİ: Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-428/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunması, xx.xx.2012-ci il təvəllüdlü X3, 12 noyabr 2013-cü il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar Novruz qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin və ona əlavə edilən sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilən sənədləri, tələbkarın həmin ərizənin geri qaytarılması barədə sonuncu ərizəsini araşdıraraq müəyyən edir ki, ərizə ilə müraciət etmiş tələbkar tərəfindən həmin ərizənin geri qaytarılması xahiş edildiyindən, ərizə və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 13.4, 152.1.9, 231.1-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər tələbkara geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.4, 152.1.9, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tələbkar alimentin indeksasiyası barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-297/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-297/2025
05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver