Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-298/2023 16.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/22 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədilə Borclu icra yerinə məcburi gətirilməsi haqqında Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/22 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsi barədə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən məhkəməyə təqdimat daxil olmuşdur. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/22 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda inşa edilmiş tikili iddiaçı X2 məxsus yaşayış evi ilə 1,2 metr məsafə qoyulmaqla həmin hissədə cavabdeh Borclu hesabına sökülməsi, iddiaçı X2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin pilləkəninin təmirinə cavabdeh tərəfindən yaradılmış süni maneələr aradan qaldırılması, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin mansardının açıq eyvanına vurulmuş zərərə görə 2.520 manat cavabdeh Borclu iddiaçı X1 xeyrinə tutulması, iş üzrə 50 manat ekspertiza xərci cavabdeh Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba, 200 manat qiymətləndirmə xərci cavabdeh Borclu tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi, ödənilmiş 230 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 55 manat hissəsi cavabdeh Borclu iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Qeyd olunan halları nəzərə alaraq təqdimatın təmin edilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata tələbkar və borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Beləliklə, məhkəmə icra məmurunun izahatını dinləyib, təqdimatı, eləcə də icra işinin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə təqdimat əsaslı olmaqla təmin edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/22 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda inşa edilmiş tikili iddiaçı X2 məxsus yaşayış evi ilə 1,2 metr məsafə qoyulmaqla həmin hissədə cavabdeh Borclu hesabına sökülməsi, iddiaçı X2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin pilləkəninin təmirinə cavabdeh tərəfindən yaradılmış süni maneələr aradan qaldırılması, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin mansardının açıq eyvanına vurulmuş zərərə görə 2.520 manat cavabdeh Borclu iddiaçı X1 xeyrinə tutulması, iş üzrə 50 manat ekspertiza xərci cavabdeh Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba, 200 manat qiymətləndirmə xərci cavabdeh Borclu tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi, ödənilmiş 230 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 55 manat hissəsi cavabdeh Borclu iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlü tərəfindən xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və ona edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən və bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınmış olsun. Məhkəmə araşdırması zamanı icra işinin materiallarından aydın olur ki, Borclu icra sənədi üzrə məlumatı olsa da, icra məmuru tərəfindən bildirişlərin ona göndərilməsinə baxmayaraq icra məmurunun çağırışları üzrə icra yerinə gəlməmiş, habelə icra sənədi üzrə tələbin icrasını bu günə qədər tam yerinə yetirməmiş, məhkəmə qərarının icrası faktiki olaraq nəticəsiz qalmışdır. Göründüyü kimi, borclu şəxs icra məmurunun icra sənədinin icrası ilə bağlı çoxsaylı tədbirlərinə baxmayaraq icra məmurunun çağırışı ilə gəlməməyə davam edərək icra sənədinin icrasından yayınmış. Gəlməməsinin üzürlı səbəbdən baş verməsi ilə bağlı heç bir məlumat vetrməmiş, eyni zamanda məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında da iştirak etməmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə borclunun barəsində icra məmuru tərəfindən müvafiq icra sənədinin icrasını təmin etmək məüqsədi ilə bir sıra icra hərəkətləri həyata keçirilmiş, borclunun rəsmi iş yeri olduğundan müvafiq icra sənədi üzrə vurulmuş zərərin borcludan tutulması hissəsində tələbin icrasının təmin edilməsi icra məmuru tərəfindən qismən mümkün olmuş, həmin hissədə borclunun iş yeri müəyyən edilərək, tələbin borclunun əmək haqqında yönəldilməsi təmin edilmiş, lakin digər hissədə icra sənədi üzrə tələbin icrasının təmin edilməsi mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Yuxarıda göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci və 84.3-cü maddəsini rəhbər tutaraq Q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. ünvan 3 ünvanında yaşayan Borclu Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-298/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-298/2023
16.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver