Məhkəmə qərarları › İş №8(002)-298/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-298/2024

07.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-298/2024 07.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlünün borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1195/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə xx.xx.2024-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən, cavabdeh Borclu 6988,85 manat məbləğində əsas borc, 670,96 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7659,81 manat məbləğində borc pul vəsaiti və 96,60 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcu ödətdirmək məqsədi ilə Borclu məxsus olan “KİA PRİDE minik” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074 minik” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilllərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi icraata xx.xx.2024-cü il tarixdə daxil olmuş və icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Lakin borcluya edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq Borclu icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən imtina edərək borcunu ödəməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyatı dövlət qurumlarına sorğular ünvanlanmış və aşkar olunmuşdur ki, Borclu məxsus “KİA PRİDE minik” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074 minik” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillər dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Borclu adına “KİA PRİDE minik” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074 minik” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatda vardır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bütün göstərilən halları nəzərə alaraq və təqdimata əlavə edilən sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “KİA PRİDE minik” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074 minik” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardad icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar