Məhkəmə qərarları › İş №8(002)-299/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-299/2023

23.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-299/2023 23.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İcra məmuru X1, Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Asif Allahverdiyevin borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Asif Allahverdiyev təqdimatla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Qaradağ RPİ 38-ci Polis Bölməsinin 085531 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-198/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21214” minik markalı, **-DN- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qaradağ RPİ 38-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 50 manat məbləğində inzibati cərimə dövlət nəfinə tutulmalıdır. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Məcburi icra tədbirlərinin davam etdirilməsi məqsədi ilə verilmiş təqdimat əsasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)- 198/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə boclu Borclu məxsus “VAZ 21214 minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuş, xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında İcra məmuru X2 təqdimatı müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Borclu izahatında bildirdi ki, icra sənədində qeyd olunan tələb onun tərəfindən tam şəkildə təmin olunmuş, bu səbəbdən təqdimatın təmin olunmasını xahiş edir. Məhkəmə icra məmuru və borclunun izahatını dinləyib, təqdimatı və mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43, 44, 45, 50, 74cü maddələrinə əsasən əmlak üzərinə həbsin qoyulmasının məqsədi tələbin icrasını təmin etməkdir. Həmin Qanunun 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi, icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuş, xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus “VAZ 21214” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “VAZ 21214” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar