Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-3/2024 08.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-97/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən vurulmuş maddi zərərə görə 2.314 manat ödənilmiş 50 manat dövlət rüsumu cavabdehlər X3 və X1 müştərək qaydada tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat cavabdehlər X3 və Borclu müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə başlanılmış icraat üzrə ötən dövrdə borclunun əmlak vəziyyəti yoxlanılmış və Azərbaycan Respublikası DİN BDYPİ-nə ünvanlanmış sorğuya cavab olaraq Borclu mülkiyyətində “VOLVO XC-90” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən olunmuşdur. İcra məmurunun müvafiq təqdimatına əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə yuxarıda göstərilmiş əmlak üzərinə həbs qoyulmuşdur. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VOLVO XC-90” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43, 44, 45, 50, 74-cü maddələrinə əsasən əmlak üzərinə həbsin qoyulmasının məqsədi tələbin icrasını təmin etməkdir. Həmin Qanunun 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir. Bütün göstərilən halları və təqdimata əlavə edilən sənədləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-237/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan “VOLVO XC-90 minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-3/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-3/2024
08.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver