Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-303/2025 17.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-1296/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı şəhər Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadə məhkəməyə müraciət edərək, Borclu məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-1296/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu iddiaçı Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0.62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1i ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında iştirak edərək, təqdimatı müdafiə etdiyini və aralarında rəsmi razılıq olmadığını bildirmişdir. Borclu məhkəmə iclasında iştirak edərək, təqdimat ilə tanış olduğunu və məhkəmə iclasından dərhal sonra icra məmurunun yanına gedəcəyini bildirərək, təqdimatın təmin edilməməsini xahiş etmişdir. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişi göndərilmiş, icra məmuru məhkəmə iclasında təmsil olunmamış və məhkəmə Azərbaycan Respublikası MPM-in 185.3-cü maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-1296/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu iddiaçı Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0.62 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə tərəfindən xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, tələbin könüllü icrası barədə bildirişi xx.xx.2025-ci il tarixdə borcluya göndərilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tu/tulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Məhkəmə qeyd edir ki, borclu və icra məmuru məhkəmə iclasında iştirak etdikləri və borclu məhkəmə iclasından dərhal sonra icra şöbəsinə yaxınlaşacağını bildirdiyindən, nəticədə Borclu icra məmurunun çağırışından yayınması halı aradan qalxdığı üçün təqdimatın təmin edilməsi üçün səbəblər aradan qalxmışdır. İş üzrə borclunun icra məmurunun çağırışlarından yayınması halı müəyyən edilməmişdir. Məhkəmə göstərilən halları nəzərə alaraq hesab edir ki, işin hazırkı faktiki vəziyyətində borclu şəxs barəsində məcburi gətirmə tədbirin tətbiq edilməsi barədə təqdimat təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-1296/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatı təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-303/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-303/2025
17.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver