Məhkəmə qərarları › İş №8(002)-309/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-309/2023

07.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-309/2023 07.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1014/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair icra məmurunun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət edərək, Borclu Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdi. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1014/2023 saylı,xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu oglundan hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən - Bakı şəhər .Qaradağ rayonu, Sahil qəsəbəsi, Gips zavodunun həyəti ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır.Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2- ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.Qeyd edilən qərar xx.xx.2023-cü il tarixdə tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, icra məmuru və məhkəmə iclasına gəlməmiş və məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki ,Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1014/2023 saylıxx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icra edilməsinə dair bildiriş Borclu icra sənədində göstərilən - Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Gips zavodunun həyəti ünvanına göndərilmişdir. İş materiallarında olan borclunun məcburi gətirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın məzmunundan aydın olur ki, Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Gips zavodunun həyəti ünvanına yaşayan Borclu Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəxs müvafiq icra sənədi üzrə məlumatı olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə Borclu barəsində icra məmuru tərəfindən müvafiq icra sənədinin icrasının təmin edilməsi məqsədilə bir sıra icra hərəkətləri həyata keçirilsə də, müvafiq icra sənədi üzrə tələbin icrasının təmin edilməsi mümkün olmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı şəxsin icra məmurunun çağırışlarından yayınmasının üzrlü səbəbdən baş verməsi halını da müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, təqdimat əsaslı olmaqla, təmin edilməlidir. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 və 84.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1986-cı il tarixdə Zəngilan rayonun Alıbəyli kəndində anadan olmuş, Zəngilan rayonun Alıbəyli kəndində qeydiyyatda olan və Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Gips zavodunun həyəti ünvanında yaşayan Borclu Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar