Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-31/2023 25.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-560/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu əmlakı (avtomobili) üzərinə qoyulmuş həbsin götürülməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyatda olan «VAZ 21723” minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2792/2022-008 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu oglundan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.İcra məmurunun müvafiq təqdimatına əsasən Qaradağ rayon məhkəməsinin 8(002)-560/2023 saylı,xx.xx.2022-ci il tarixli qərardadı ilə yuxanda göstərilmiş əmlak üzərinə həbs qoyulmuşdur. Borclu icra sənədi üzrə tələbi təmin etdiyindən xx.xx.2023-ci il tarixdə icra sənədinin geri qaytarılması barədə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alıb, Borclu adına olan Qaradağ rayon məhkəməsinin 8(002)-560/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə “VAZ 21723” minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi Sizdən xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən tərəflərə məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Qaradağ Rayon icra şöbəsinin xx.xx.2023-ci il tarixli qərarına əsasən Tələbkar icra şöbəsinə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etdiyindən icra sənədi məhkəməyə geri qaytarılmışdır. Təqdimata əlavə edilmiş Tələbkar icra şöbəsinə ünvanladığı xx.xx.2023-ci il tarixli ərizəsindən görünür ki, Borclu ilə aralarında razılıq əldə edildiyindən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2792/2022-008 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılmasını, Borclu adına “VAZ 21723” minik markalı, **- UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin ləğv edilməsini xahiş etmişdir. Təqdimata əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 8(002)-560/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu adına “VAZ 21723” minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə hesab edir ki, 8(002)-560/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən “VAZ 21723” minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-560/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu adına qeydiyyatda olan “VAZ 21723” minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №8(002)-31/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-31/2023
25.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver