Məhkəmə qərarları › İş №8(002)-310/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-310/2025

23.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-310/2025 23.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, Astara Rayon Məhkəməsinin 2(018)-80/2025-012 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi ilə əlaqədar Borclu mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulmasına dair Qaradağ rayon İcra şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyatda olan "DAEWOO ESPERO mı̇ nı̇ k karkalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı, MERCEDES 190 mı̇ nı̇ k markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı və "BMW 745 mı̇ nı̇ k karkalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilləri üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin 2(018)- 80/2025-012 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimet alınıb Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sanodi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "DAEWOO ESPERO MİNİK markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı, MERCEDES 190 MİNİK markalı, **-VC- *** dövlət qeydiyyat nişanlı və "BMW 745 MİNİK markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır.İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.Yuxarıda göstərilənləri və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu adına qeydiyyatda olan "DAEWOO ESPERO MİNİK markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı, MERCEDES 190 MİNİK markalı, **-VC- *** dövlət qeydiyyat nişanlı və "BMW 745 MİNİK markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilləri üzərinə həbs qoyulması barədə qərardad verilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq icra tədbirləri həyata keçirməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli Qaradağ rayon icra şöbəsinin icraata başlama qərarından görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-80/2025-012 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icraata başlanmış və 10 gün müddətində könüllü icra edilməsinə dair bildiriş borclunun ünvanına göndərilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Qaradağ rayon icra şöbəsinin qəraralrından görünür ki, Borclu adına qeydiyyatda olan "DAEWOO ESPERO MİNİK markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı, MERCEDES 190 MİNİK markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı və "BMW 745 MİNİK markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilləri üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixdə X5, X1 hal şahidləri olmaqla icra məmuru Orxan Göyüşlü tərəfindən akt tərtib edilmişdir ki, Astara Rayon Məhkəməsinin 2(018)-80/2025-012 nömrəli, xx.xx.2025-cü il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2024-cü il tarixdən başalayaraq, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində alimet alınıb Tələbkar İcra sənədinin oğlunun icra sənədində qeyd edilən ünvanında olduq. Ünvanda olduğu zaman Borclu Qaradağ rayonu Müşfiqabad qəsəbəsi, ev 5A, mənzil 30 ünvanında yaşamadığı müəyyən olundu. Ona görə də akta imza etmişdilər. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqından qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilərək, qərarın icra Qaradağ rayon Polis İdarəsinə həvalə edilmişdir. Təqdimata əlavə edilmiş Qaradağ rayon icra şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli borclunun gəlirindən tutulma ilə bağlı müraciətdən görünür ki, Vətəndaş Borclu xx.xx.2024-cü il tarixdən başalayaraq, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimet tutulub Tələbkar xeyrinə ödənilməsinə dair Astara Rayon Məhkəməsinin 2(018)-80/2025-012 nömrəli, xx.xx.2025-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün Sizə göndərilir.Məhkəmə qərarının icrasının təmin olunması məqsədilə Borclu hər ay əmək haqqından borc ödənilib qurtaranadək 70% miqdarında, borc ödənilib qurtardıqdan sonra hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimet tutularaq tələbkarın icra sənədinə əlavə edilmiş hesabına köçürülməsi Sizdən xahiş olunur.Borclu aliment borcu xx.xx.2024-cü il tarixdən başalayaraq hesablanmalıdır.Qətnamənin icrası zamanı aşağıdakılara əməl edilməlidir.1. İcra vərəqəsi icra sənədlərinin uçotu hesabına qeydə alınıb və qəti hesabat sənədləri ilə birlikdə saxlanılır.2. İcra sənədini alan kimi mühasibatlıq həmin gün tələbkara və icra şöbəsinə məlumat verməlidir.3. Tutulmuş aliment borclunun əmək haqqı verildikdən sonra üç gün müddətində tələbkara verilməli və ya poçt vasitəsi ilə (tələbkarın hesabına) göndərilməlidir. Təqdimata əlavə edilmiş elektron portal çıxarışının surətindən görünür ki, "DAEWOO ESPERO MİNİK markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı, MERCEDES 190 MİNİK markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı və "BMW 745 MİNİK markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu mülkiyyətindədir. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan ""DAEWOO ESPERO MİNİK markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı, MERCEDES 190 MİNİK markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı və "BMW 745 MİNİK markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə həbs qoyulmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədi sayılır. Həmin qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus olan "DAEWOO ESPERO” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES 190” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı və "BMW 745” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillərinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar