Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-311/2025 30.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(002)- 1039/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(002)- 1039/2023 saylı icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməlidir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(002)-1039/2023 saylı icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməlidir. Həmin icra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində göstərilən tələbi könüllü təmin etməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna, borcluya və tələbkara məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(002)-1039/2023 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya həmin tarixdə könüllü icra barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini, həmçinin həmin qətnamə üzrə təqdim edilmiş icra vərəqəsinin icraya yönəldilməsindən uzun müddət keçməsinə baxmayaraq icrasının təmin olunmadığını nəzərə alaraq hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on gün) müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-311/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-311/2025
30.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver