Məhkəmə qərarları › İş №8(002)-313/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-313/2022

27.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-313/2022 27.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, Qaradağ Rayon Məhkəməsinin 2(002)-997/2021 nömrəli,xx.xx.2021-ci il tarixli qərarın icrası ilə əlaqədar Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru Qafil Qasımovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Qafil Qasımovun borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, borcun ödənilməsini təmin etmək məqsədi ilə Borclu məxsus olan “OPEL VECTRA” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılması məsələsinə baxılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-997/2021 nömrəli,xx.xx.2021-ci il tarixli qərarına əsasən Borclu “Changan CS7164B” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində ödənilmiş 315 manat məbləğində sığorta ödənişi və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.Belə ki,“Elektron icra” informasiya sistemindən əldə olunmuşsorğuməlumatınaəsasən müəyyən olunmuşdur ki, Borclu məxsusolan “OPEL VECTRA” markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır.İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.Qeyd edilənlərin nəzərə alınaraq, təqdimatın təmin edilməsini məhkəmədn xahiş etmişdir. İcra məmuruna,borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan elektron çıxarışından görünür ki, Borclu xüsusi mülkiyyətində “OPEL VECTRA” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İş materiallarına əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 2(002)-997/2021 nömrəli,xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu “Changan CS7164B” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində ödənilmiş 315 manat məbləğində sığorta ödənişi və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilməsi qət edilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra haqqında Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən tətbiq edilən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoyulması və onun satılması yolu ilə tələbin əmlaka yönəldilməsi tədbiridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu hazırki icra sənədi üzrə məlumatlı olsa da, uzun müddət keçməsinə baxmayaraq, indiyədək həmin tələbin icrası təmin edilməmişdir.Bu hal tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, habelə icra sənədinin icrasının təmin edilməsi məqsədini əsas götürərək,hesab edir ki, təqdimat əsaslı olmaqla, təmin edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus olan “OPEL VECTRA” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Qaradağa rayonu İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar