Məhkəmə qərarları › İş №8(002)-315/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-315/2025

24.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-315/2025 24.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(002)-393/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu1 və Borclu2 Bakı şəhər Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(002)-393/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən Borclu1 Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(002)-393/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 Hüseyn oğlundan vurulmuş maddi zərərə görə 4999 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 69.99 manat olmaqla, cəmi 5068.99 manat məbləğində pul müştərək qaydada tutularaq tələbkar X1 ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 100 manat məbləğində pul borclular Borclu1 və Borclu2 Hüseyn oğlundan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu1nın icra sənədində göstərilən ünvanına göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış, bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd olunan halları nəzərə alaraq təqdimatın təmin edilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasında təmsil olunmamış və məhkəmə Azərbaycan Respublikası MPM-in 185.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(002)-393/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədindən görünür ki, Borclu1 və Borclu2 Hüseyn oğlundan vurulmuş maddi zərərə görə 4999 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 69.99 manat olmaqla, cəmi 5068.99 manat məbləğində pul müştərək qaydada tutularaq tələbkar X1 ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 100 manat məbləğində pul borclular Borclu1 və Borclu2 Hüseyn oğlundan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə tərəfindən xx.xx.2024-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, tələbin könüllü icrası barədə bildirişi xx.xx.2024-ci il tarixdə borcluya göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Məhkəmə araşdırması zamanı icra işinin materiallarından aydın olur ki, Borclu1 icra sənədi üzrə məlumatı olsa da icra məmurunun çağırışları üzrə icra yerinə gəlməmiş, habelə icra sənədi üzrə tələbin icrasını bu günə qədər tam yerinə yetirməmiş, məhkəmə qərarının icrası faktiki olaraq nəticəsiz qalmışdır. Göründüyü kimi, borclu şəxs icra məmurunun icra sənədinin icrası ilə bağlı çoxsaylı tədbirlərinə baxmayaraq icra məmurunun çağırışı ilə gəlməməyə davam edərək icra sənədinin icrasından yayınmış, gəlməməsinin üzrlü səbəbdən baş verməsi ilə bağlı heç bir məlumat verməmişdir. Göstərilənlərə borclunun yenidən icra tədbirlərindən yayınmasına və çağırışlara gəlməməsinə əsas vern hallardır. Həmçinin, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə borclunun barəsində icra məmuru tərəfindən müvafiq icra sənədinin icrasının təmin edilməsi məqsədilə bir sıra icra hərəkətləri həyata keçirilsə də, borclunun rəsmi iş yeri və mülkiyyətində daşınar və daşınmaz əmlakı olmadığından müvafiq icra sənədi üzrə tələbin icrasının təmin edilməsi mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 və 84.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1979-cu il tarixdə Cəbrayıl rayonu, Şahvəlli kəndində anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Borclu1 (FİN: xxxxxxx) və xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Borclu2 (FİN: xxxxxxx) Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsinlər. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinə və Bakı şəhər Qaradağ rayonu İcra Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar