Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-332/2023 27.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Borclu iştirakı ilə, Zəngilan Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2(034)-45/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2(034)-45/2023 saylı icra sənədinə əsasən xx xxxx 1987-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Borclu 9.277 manat 66 qəpik məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli e-2(034)-45/2023 saylı icra sənədinə əsasən xx xxxx 1987-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Borclu 9.277 manat 66 qəpik məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində göstərilən tələbi könüllü təmin etməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, hazırda onun ölkədən getməsi ilə bağlı hər hansı zərurət yaranmamışdır. Ona görə də təqdimatın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna və tələbkara məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, icra məmuru Səbuhi Əhmədzadə xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək borcluya həmin tarixdə könüllü icra barədə bildiriş göndərmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətinindən görünür ki, Borclu təyin olunmuş könüllü icra müddəti ərzində icra sənədində qeyd olunan məbləği ödəmədiyindən, ona qanunvericiliyin aidiyyəti normalarının tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini, həmçinin həmin məhkəmə qətnaməsinin icraya yönəldilməsindən uzun müddət keçməsinə baxmayaraq icrasının təmin olunmadığını nəzərə alaraq hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx xxxx 1987-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on gün) müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-332/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-332/2023
27.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver