Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-333/2023 22.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Qaradağ rayon İcra şöbəsindən daxil olmuş borcluya məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimata Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru İlkin Məmmədov borcluya məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-287/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus olan «VAZ 21154» minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-828/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən, cavabdeh Borclu 947,17 manat borc tutularaq **********340 saylı abonent koduna, habelə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Daha sonra icra məmurunun təqdimatına əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-287/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus olan «VAZ 21154» minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru İlkin Məmmədovun təqdimatını və əlavə olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, təqdimat əsaslı hesab edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-287/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus olan «VAZ 21154» minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, təqdimata əlavə edilmiş tələbkarın nümayəndəsinin xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-828/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci, Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-287/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu məxsus «VAZ 21154» minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-333/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-333/2023
22.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver