Məhkəmə qərarları › İş №8(002)-334/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-334/2023

24.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-334/2023 24.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, tələbkar X5 və borclu X4 iştirakı ilə, borclu X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi barədə ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Borclu X9 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı borclu X9 ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, X10 ilə 05 dekabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X7 adında bir övladları vardır. O, xx.xx.2020-ci il tarixdə həbs edilmiş, bundan sonra Aysel İsayeva ondan ayrılmışdır. Aysel İsayevanın iddia tələbi əsasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-255/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, azyaşlı övladları X1 İsayevanın yanında saxlanılmış və ondan uşağın saxlanılması üçün hər ay 170 manat aliment tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixdə o, həbsdən azad edildikdən sonra hər ay aliment öhdəliklərini icra etmiş, lakin həbsdə olduğu müddətdə yığılmış 4900 manat borcunu ödəyə bilməmişdir. Ona görə də icra məmurunun təqdimatı əsasında Qaradağ Rayon Məhkəməsinin 8(002)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə o, 4900 manat aliment borcunu tam ödəmişdir, hətta noyabr ayı üçün nəzərdə tutulan 170 manat məbləğində aliment öhdəliyini də yerinə yetirmişdir. Hazırda onun icra sənədi üzrə heç bir borcu yoxdur. Qeyd olunanlara əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı tələbkar X10 izahat verərək bildirdi ki, ərizənin təmin edilməsinə etiraz edir. Belə ki, borclu aliment borcunu gec olsa da hazırda tam ödəmişdir. Lakin borclu ilə aralarında başqa bir məhkəmə mübahisəsi var, həmin mübahisə davam edir, X9 digər mülki iş üzrə ona 16000 manat ödəməlidir. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş edir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-255/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin surətindən görünür ki, 22 oktyabr 2020-ci il tarixindən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş arayışdan görünür ki, X9 xx.xx.2020-ci il tarixdə həbs edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddətini çəkib qurtardığına görə həbsdən azad edilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, həmin bildiriş xx.xx.2022-ci il tarixdə borclu X6 təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-255/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə əlaqədar borclu X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan borclu X4 Qaradağ rayon İcra şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatının surətindən görünür ki, icra məmuru tərəfindən ona həmin tarixə 4900 manat aliment borcunun olduğu bildirilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 4900 manat və xx.xx.2023-cü il tarixdə 170 manat məbləğində aliment ödənişi həyata keçirilmişdir. İş materiallarında olan RUS P seriyalı, 55 ******* saylı pasportun surətindən görünür ki, X9 xx.xx.1988-ci il tarixdə doğulmuşdur, Rusiya Federasiyası vətəndaşıdır. Məhkəmə, izahatları dinləyib, iş materiallarını tədqiq edərək müəyyən edir ki, xx.xx.2023-cü il tarixli yazılı izahatın surətinə, ödəniş qəbzlərinə və tələbkarın özünün izahatına əsasən hazırda borclunun icra sənədi üzrə heç bir borcu olmadığından, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair zərurət aradan qalxmışdır, həmçinin qanuni əsas olmadan şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının davam etdirilməsi qanunvericiliyə zidd hesab olunmalıdır. Bundan əlavə, tələbkarın izahatında digər məhkəmə mübahisəsi ilə bağlı deyilənlərlə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yalnız alimentlə bağlı icra sənədinin icrasına görə həyata keçirilmişdir və hazırda borclunun həmin icra sənədi üzrə hər hansı borcunun olmadığı müəyyən edilmişdir. Ona görə də ərizə əsaslı hesab edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.1988-ci il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı olan borclu X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 69-cu maddəsinin İİ hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 17.1.6-cı maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 76-cı maddəsinə əsasən, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər barəsində məhkəmə və digər orqanların qərarları bu Qanunla nəzərdə tutulmuş qaydada icra olunur. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.1988-ci il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı olan borclu X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar