Məhkəmə qərarları › İş №8(002)-335/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-335/2023

27.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-335/2023 27.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(002)- 2951/2023 saylı qətnaməsinə izah verilməsi barədə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(002)- 2951/2023 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay onun qazancının (pensiyasının) yarısı miqdarında alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra vərəqi icra edilməsi üçün Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(002)-2951/2023 saylı qətnaməsinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay onun qazancının (pensiyasının) yarısı miqdarında alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(002)-2951/2023 saylı icra vərəqəsi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuşdur. Qeyd olunmuşdur ki, Borclu iddiaçı X1 xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)- 363/2020 saylı icra vərəqəsi xx.xx.2020-ci ildən icraatdadır və borclunun pensiyasına yönəldilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 65.1, 65.2, 65.3-cü maddələrinə müvafiq olaraq icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 %-dən çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə qazancın 50 %-i borcluda qalmalıdır. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda, əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Hər iki icra sənədi üzrə borcludan tutulmalı olan alimentin ümumi məbləği borclunun qazanc və gəlirlərinin 70 % həddini aşdığından bu hal Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinin təmin edilməsini qeyri-mümkün etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 70.4 və 14-cü maddələrinə istinad edən icra məmuru Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2951/2023 saylı icra vərəqəsinin təmin edilməsinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)- 363/2020 saylı icra vərəqəsinə münasibətdə qeyri-mümkünlüyünü nəzərə alaraq mövcud anlaşılmazlıqla əlaqədar izah verilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında ərizənin təmin edilməməsini xahiş etdi. Tələbkar məhkəmə iclasında ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna məlumat verilməsinə baxmayaraq, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, qətnaməyə izah verilməsinə dair ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinin tələblərinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Yuxarıda istinad edilən qətnamədən göründüyü kimi, qətnamədə aydın olmayan hər hansı məqam yoxdur. Qətnamə qanuni qüvvəyə minmişdir və həmin qətnaməyə əsasən verilmiş icra vərəqəsi icra edilməlidir. Bu səbəbdən, icra məmurunun qətnaməyə izah verilməsi barədə ərizəsi təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(002)- 2951/2023 saylı qətnaməsinə izah verilməsi barədə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin ərizəsi təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar