Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-335/2024 22.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1, Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(002)-144/2022 saylı qərardadından tələbkar "xxxx" BOKT QSC tərəfindən verilmiş şikayətə məhkəmənin binasında. Açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(002)-144/2022 saylı qərardadı ilə tələbkar "xxxx" BOKT QSC-nin ərizəsi təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(002)-1057/2008 saylı qiyabi qətnaməsinə əsasən qəbul edilmiş xx.xx.2008-ci il tarixli icra sənədinin icra üsulunun dəyişdirilməsi, icra sənədinin ümumi qaydada icra olunması, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(002)-1057/2008 saylı qiyabi qətnaməsi üzrə cavabdeh Borclu qalıq borcu 241.828.12 ABŞ dolları (2009-cu ildə ödəmə gününə olan ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla manatla) "xxxx" BOKT QSC-nin xeyrinə tutulması, ümumi qaydada icra edilməsinin müəyyən edilməsi qərara alınmışdır. Tələbkar "xxxx" BOKT QSC şikayət verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(002)-144/2022 saylı qərardadının dəyişdirilməsi, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(002)-1057/2008 saylı qiyabi qətnaməsinə əsasən qəbul edilmiş xx.xx.2008-ci il tarixli icra sənədinin icra üsulunun dəyişdirilməsi, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(002)-1057/2008 saylı qiyabi qətnaməsi üzrə cavabdeh Borclu qalıq borcu olan 241.828.12 ABŞ dollarının icra edilən vaxt Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla "xxxx" BOKT QSC-nin xeyrinə tutulmaqla ümumi qaydada icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(002)-144/2022 saylı qərardadı üzrə "xxxx" BOKT QSC tərəfindən verilmiş ərizə təmin edilmişdir. Lakin, həmin qərardadla cavabdeh Borclu qalıq borcu 241.828.12 ABŞ dolları (2009-cu ildə ödəmə gününə olan ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla manatla) "xxxx" BOKT QSC-nin xeyrinə tutulması, qətnamənin ümumi qaydada icra edilməsi müəyyən edilmişdir. Belə ki, cavabdeh Borclu ilə "xxxx" ASC-nin Nərimanov filialı arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə verilmiş kredit məbləği ABŞ dollarıyla verilmiş və həmin müqavilənin 7-ci bəndinə əsasən borcalan tərəfindən kreditin qaytarılması ABŞ dollarıyla nəzərdə tutulmuşdur. Lakin həmin qərardadın nəticə hissəsində cavabdeh Borclu qalıq borcu 241.828.12 ABŞ dolları (2009-cu ildə ödəmə gününə olan ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla manatla) cümləsi qeyd edilmişdir. Tələbkar tərəfindən icra üsulunun dəyişdirilməsinə dair ərizədə borclunun borc məbləğinin ödənilməsi zamanı hansı günə və ya hansı dövrə olan məzənnə ilə ödənilməsinə dair heç bir tələb qeyd edilməmişdir. Göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(002)-144/2022 saylı qərardadı qəbul edilərkən Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar çıxarır. Tələbkar tərəfindən verilmiş ərizədən görünür ki, cavabdeh Borclu qalıq borcu olan 241.828.12 ABŞ dollarının tutulmasının hansı dövrə olan məzənnəsi ilə tutulması məsələsinə toxunulmamışdır. Belə ki, həmin məsələyə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarında qeyd edilir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının icra edilməsi məqsədi ilə "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması zamanı Borclu qalıq borcu təşkil edən 241.828.12 ABŞ dollarını qərardadda qeyd edilmiş 2009-cu il tarixə olan məzənnə ilə deyil məhz həmin dövrə olan məzənnə ilə alğı-satqı həyata keçirilmişdir. Beləliklə də, bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(002)-144/2022 saylı qərardadının qərara aldı hissəsindəki yanlışlıq aradan qaldırılmadığı təqdirdə məzənnə fərqi ilə dövlət tərəfindən "xxxx" ASC-yə artıq vəsaitin ödənilməsi kimi hesab ediləcəkdir. Belə ki, "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması zamanı Borclu qalıq borcu təşkil edən 241.828.12 ABŞ dollarına həmin günün məzənnəsi ilə 363.153,29 manat məbləğində vəsait ödənilmişdir. Belə olduğu təqdirdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(002)-144/2022 saylı qərardadının cavabdeh Borclu qalıq borcu 241.828.12 ABŞ dolları (2009-cu ildə ödəmə gününə olan ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla manatla) hissəsinin yəni məzənnə hissəsinin ləğv edilməsinə dair qərardad qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X2 şikayəti müdafiə edib, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu şikayətin təmin edilməsinə etirazının olmadığını, şikayətin təmin edilməsini və qərardadın dəyişdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Ümumi məlum olan haldır ki, Azərbaycan manatı xarici valyutalara münasibətdə volatillik (dəyişkənlik) nümayiş etdirir, manat xarici valyutalara münasibətdə güclənə və zəifləyə bilir. Bu səbəbdən, xarici valyuta ilə olan borcların tutulması zamanı xarici valyuta ilə borc verən tələbkarların haqlı mənafeyinin qorunması üçün ödəniş anında mövcud olan məzənnə (Mərkəzi Bankların, yaxud digər tənziməyici orqanın müəyyən etdiyi rəsmi məzənnə) əsas götürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Göründüyü kimi, icra sənədinin qərardadda qeyd olunan qaydada icra edilməsi, yəni borcun 2009-cu ildə mövcud olmuş məzənnə üzrə manatla tutulması halında bu, tələbkarın qanunla qorunan hüquqlarını pozur, mənafeyinə xələl gətirir. Bu səbəbdən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(002)-144/2022 saylı qərardadı dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-in 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 269-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Tələbkar "xxxx" BOKT QSC-nin şikayəti təmin edilsin. Bu səbəbdən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(002)-144/2022 saylı qərardadı dəyişdirilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(002)-1057/2008 saylı qiyabi qətnaməsinə əsasən qəbul edilmiş xx.xx.2008-ci il tarixli icra sənədinin icra üsulu dəyişdirilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(002)-1057/2008 saylı qiyabi qətnaməsi üzrə cavabdeh Borclu qalıq borcu olan 241.828.12 ABŞ dolları icra edilən vaxt Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla "xxxx" BOKT QSC-nin xeyrinə tutulmaqla ümumi qaydada icra edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-335/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-335/2024
22.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver