Məhkəmə qərarları › İş №8(002)-339/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-339/2023

28.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-339/2023 28.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-802/2023-013 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi ilə əlaqədar Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasına dair Qaradağ rayon İcra şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyatda olan “TOFASH SHAHİN" minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-802/2023-013 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 7696 manat məbləğində pul vəsaiti tutularaq TələbkarNİN xeyirinə ödənilməlidir.icra sənədi icraata xx.xx.2023-cü il tarixdə daxil olmuş və icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir.Lakin borcluya edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq Borclu icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən imtina edərək borcunu ödəməmişdir.Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyatı dövlət qurumlarına sorğular ünvanlanmış, aşkar olunmuçdur ki, Borclu məxsus "TOFASH SHAHİN" minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyatına alınmışdır."İcra haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzrərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.Göstərilənləri və "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 44-cü və 50-ci maddələrinin tələblərini rəhbər tutaraq Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-802/2023- 013 saylı, xx.xx.2023-cü il tarixdə verilmiş icra sənədi üzrə Borclu iOFASH SHAHİN" minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə borc həddində həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq icra tədbirləri həyata keçirməlidir. Təqdimata əlavə edilmiş elektron portal çıxarışının surətindən görünür ki, “TOFASH SHAHİN" minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “TOFASH SHAHİN" minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “TOFASH SHAHİN" minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulsun. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar