Məhkəmə qərarları › İş №8(002)-347/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-347/2025

30.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-347/2025 30.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, Qaradağ rayon İcra şöbəsindən daxil olmuş borcluya məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimata Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqdimata görə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3706/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus “FORD FUSİON” minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, hazırda borc ödənildiyindən avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilmişdir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-247/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3706/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “FORD FUSİON” minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Məhkəmə, Qaradağ rayon İcra şöbəsinin icra məmurunun təqdimatını və əlavə olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, təqdimat əsaslı hesab edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-247/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borcluya məxsus “FORD FUSİON” minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, icra sənədində qeyd olunan tələbin icrası tam şəkildə təmin olunduğundan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3706/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci, Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-247/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Borclu məxsus “FORD FUSİON” minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar