Məhkəmə qərarları › İş №8(002)-348/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-348/2024

04.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-348/2024 04.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, Qaradağ rayon İcra şöbəsindən daxil olmuş borcluya məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimata Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə borcluya məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-303/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu “AZ X1 Services” MMC-nə məxsus olan “GEELY COOLRAY” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-303/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1413/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə xx.xx.2019-cu il tarixdə verilmiş icra sənədinin icrası ilə əlaqədar borclu “AZ X1 Services” MMC-nə məxsus “GEELY COOLRAY” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Məhkəmə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin təqdimatını və əlavə olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, təqdimat əsaslı hesab edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-303/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə “AZ X1 Services” MMC-nə məxsus olan “GEELY COOLRAY” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1413/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci, Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-303/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən “AZ X1 Services” MMC-nə məxsus olan “GEELY COOLRAY” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar