Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-35/2024 20.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Qaradağ rayon icra şöbəsinin icra məmurunun təqdimatına Qaradağ Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru Əhmədli Səbuhi təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(002)- 65/2024-018 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1974-ci ndə anadan olmuş və AZ ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar QİZİnın xeyrinə ödənilməlidir.Yuxarıda qeyd olunan icra sənədi 23.01,2024-cü il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər.İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İşdə iştirak edən tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş xx.xx.2024-ci il tarixli icraata başlamaq qərarından görünür ki. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(002)-65/2024-saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra işinə başlanılmışdır. Həmin tarixli tələbin könüllü icrasına dair xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, borcluya həmin icra işi üzrə tələbin 10 gün ərzində icra edilməsi təklif edilmiş və tərəflərə göndərilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixdə borclunun Qaradağ rayon icra şöbəsində verdiyi izahatından görünür ki, borclu onun barəsində olan icra sənədindən xəbərdar olunduğunu imzası ilə təsdiqləmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixli tələbkarın ərizəsindən görünür ki, Borclu təerəfindən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(002)-65/2024-saylı xx.xx.2024-cü il tarixli icra sənədinin ivra olunmadığını bildirərək, müvafiq məcburi icra tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Qeyd olunan qətnamə icra edilməsi üçün Qaradağ Rayon İcra və probasiya şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(002)-65/2024saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1974-ci il tarixdə anadan olmuş və Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi,ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №8(002)-35/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-35/2024
20.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver