Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-351/2022 04.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1360/2022 nömrəli,xx.xx.2022-ci il tarixli qərarın icrası ilə əlaqədar Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, borcun ödənilməsini təmin etmək məqsədi ilə Borclu məxsus olan “VAZ 2106” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılması məsələsinə baxılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1360/2022 nömrəli,xx.xx.2022-ci il tarixli qərarına əsasən Borclu 396.4 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar QSC-in xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.Belə ki,“Elektron icra” informasiya sistemindən əldə olunmuşsorğuməlumatınaəsasən müəyyən olunmuşdur ki, Borclu məxsusolan “VAZ 2106” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır.İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.Qeyd edilənlərin nəzərə alınaraq, təqdimatın təmin edilməsini məhkəmədn xahiş etmişdir. Borclu,İcra məmuru və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən borclu barəsində tətbiq edilən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoyulması və onun satılması yolu ilə tələbin əmlaka yönəldilməsi tədbiridir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, hazırki icra sənədi üzrə borclu şəxsin müvafiq icra sənədi barədə məlumatlı olub-olmaması və qəsdən icra etməkdən yayınması halının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, iş materiallarına tələbin könüllü icrası barədə bildiriş, habelə həmin bildirişin borclu şəxs tərəfindən təhvil alınıb-alınmamasına dair heç bir sənəd əlavə edilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki icra sənədi üzrə tələb edilən məbləği nəzərə alaraq, borclu şəxs tərəfindən həmin icra sənədi barədə məlumatlı olduğu halda, qəsdən həmin tələbi icra etməkdən yayınmasını halının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar müəyyən edilmədən borcluya məxsus əmlak üzrə həbs qoyulmasına dair tədbirin tətbiq edilməsi özlüyündə şəxsin əmlak hüquqlarının əsassız yerə məhdudlaşdırılması ilə nəticələnə bilər. Ona görə də qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №8(002)-351/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-351/2022
04.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver