Məhkəmə qərarları › İş №8(002)-356/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-356/2023

13.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-356/2023 13.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi Borclu, Tələbkar Rüstəmova (Nəsirova) Reyhan Rafiq qızının iştirakları ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-340/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair Borclu ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-340/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra olunması üçün 1(bir) il müddətinə möhlət verilməsinə dair barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qadadağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-340/2021 saylı qətnaməsi ilə 21 oktyabr 2006-cı il təvəllüdlü X2 və 18 iyul 2009-cu ill təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məndən hər ay bir uşağa görə 170 manat, iki uşağa görə cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.Məhkəmə qətnaməsindən sonra 21 oktyabr 2006-cı il təvəllüdlü X3 onun, 18 iyul 2009-cu il təvəllüdlü X1 isə anasının yanında yaşamışdır. Qətnamənin qəbul edilməsindən sonra alimentlə bağlı tələbkarla heç bir problem olmamış, tələbkarın özü tərəfindən icra şöbəsinə ərizə təqdim edilərək heç bir borcunun olmadığını bildirmişdir. Sonradan isə tələbkar fikirini dəyişərək alimenti tam şəkildə tələb etməyə başlamışdır. O, yüksək dərəcəli şəkər xəstəsidir. Xəstəliyi kəsinləşərək onun onurğa beyni və sinirlərini sıradan çıxartmış yerinə məhduduyyəti yaranmışdır. 2023-cü ilin yanvar ayından xəstəliyi daha da kəskinləşmiş, həmin ilin iyun ayında isə yerimə qabiliyyətini tamamilə itirmişdi. İyun ayından sentyabr ayına kimi yataq xəstəsi olmuşdur. 2023-cü ilin sentyabr ayından etibarən qismən yeriməyə başlamışdır. Onun bu vəziyyətimi tələbkar özü də bilir, lakin onun vəziyyətini daha da ağırlaşdırmaq məqsədi ilə həmin pulu ondan tələb edir. Dəfələrlə müraciət edərək möhlət verilməsini xahiş etmiş, borcu ödəməkdən yayınmadığını bildirmişdir. Hazırda sağlamlıq vəziyəti imkan vermədiyindən həmin borcu birdəfəyə ödəyə bilmir. Onun şəkər xəsətliyi ağır formada olduğundan insulin qəbul edir. Dövlət tərəfindən verilən insulinin dozası az olduğundan ona təsir etmir. O, həftədə 1 dəfə 40 manat məbləğində olan insulin qəbul edir. Ağır formada olan xəstliyinə görə hər ay 160-170 manat təkcə insulinə görə ödəyir.Dövlətin adından qəbul edilmiş qərarın icrasından yayınmır və yayınmaq fikri də yoxdur. Lakin tələbkarın təkidlə alimenti tələb etməsi ağır olan vəziyyətini çıxılmaz edir. Məhkəmədən də onun bu vəziyyətini nəzərə alaraq ona möhlət verilməsini xahiş edir. Borclu məhkəmə iclasında qətnamənin icrası üçün ona möhlət verilməsini xahiş etmişdir. Səhhəti ilə bağlı 2023-cü ilin alimentini ödəməmişdir. Tələbkarın özü icra şöbəsinə ərizə yazıb ki, ona borcu yoxdur. 2022-ci ilin dekabrına kimi oğlu onunla yaşayırdı. 2023-cü ilin yanvar ayından oğlu anasının yanına getdi. Onun gəliri yoxdur. Xəstə olduğuna deyə işləyə bilmir. Uşaqları 17 və 15 yaşlarındadır və hal-hazırda ana nənə-babasının himayəsindədir. Ana nənə-babalarının yaxşı imkanı var. Tələbkar özü də işləyirdi, indi 2-3 aydır ki, işləmir. Bildiyi qədərilə oğlu Ayxan indi telefon biznesi ilə məşğuldur və anası ilə bacısına baxır. Tələbkar Rüstəmova (Nəsirova) Reyhan Rafiq qızı borclu onun tərəfindən aliment ödənilməsilə bağlı ərizə veriləndən bugünə kimi ödəniş etməyib. Səbail Rayon Məhkəməsində borclu barəsində məcburi gətirmə olub. Borcu ödəmədiyi üçün ona 500 manat cərimə olunub. Borclu oğluu, yəni övladını 15 yaşında sürücülük vəsiqəsi olmadan taksiçilik etməyə məcbur edib. Özünün valideynlıərinin təqaüdünün uşaqlarına aidiyyatı yoxdur. Uşaqların məktəbi, hazırlığı var. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən icra məmuruna məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, rədd edilməlidir. Məhkəmə şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qeyd edilənləri, işin hallarını, tələbkarın qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizənin təmin edilməsinə razı olmadığını, eyni zamanda tələbin yetkinlik yaşına çatmayan uşaqların maddi təminatının təmin edilməsi üçün alimentin tutulması ilə, valideynlik vəzifəsinin yerinə yetirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-340/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair Borclu ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü və 268-ci maddələrini İcra haqqında Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-340/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair Borclu ərizəsi rədd edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar