Məhkəmə qərarları › İş №8(002)-357/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-357/2023

14.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-357/2023 14.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X8 oğlunun katibliyi ilə, Borclu, İcra məmuru X5 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-2732/18 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Qaradağ Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən verilmiş təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-2732/18 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.1989-cu ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında yaşayan Borclu (Pholadov Zokhrab) hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar Sadiq qızının xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmişdir. Belə ki, borclunun yaşayış yerini dəyişməsi ilə bağlı icra sənədi aidiyyatı üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş, onun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixdə borclu polis orqanı tərəfindən Abşeron rayon İcra və probasiya şöbəsinə təhvil verilmiş, icra məmurunun qanuni tələblərini yerinə yetimədiyi üçün onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və Abşeron rayon məhkəməsinin 3(012)-2003/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Borclu 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2023-cü il tarixdə tələbkarın etibarnamə üzrə nümayəndəsi T.Babayeva ərizə ilə şöbəyə müraciət edərək borclunun 20.000 (iyirmi min) manata yaxın aliment borcunu ödəməkdən yayınmaq məqsədi ilə Azərbaycan Respublikasından xaricə getmək niyyətində olduğunu nəzərə alaraq onun ölkədən getmək hüququna qadağa qoyulmasını xahiş etmişdir. Hazırki vaxta Borclu 19404 manat aliment üzrə borcu yaranmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bu səbəbdən, Borclunın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində qərardad çıxarılması xahiş edilir. Borclu məhkəmə iclasında iştirak edərək, tələbkara ev verdiyini, ölkədən getməyə məhdudiyyət qoyulmasına etirazı olmadığını bildirmişdir. İcra məmuru X7 məhkəmə iclasında iştirak edərək, təqdimatı müdafiə edərək öz izahatında borclunun 19404 manat aliment borcu olduğunu, inzibati məsuliyyət cəlb edilmiş, son 1 ayda 3 dəfə ödəniş etdiyini, borclunun xarici vətəndaş olduğunu bildirərək əmlak məlumatlarının müəyyən edilmədiyini bildirmişdir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri, eləcə də təqdimat üzrə 275557/2022-34-6 nömrəli İcra İşinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Belə ki, icra işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən edilir ki, Qaradağ Rayon Məhkəməsi 2(002)-2732/18 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Pholadov (Poladov) Zokhrab (Ədalət) oğlundan 10 iyul 2018-ci il tarixdən başlayaraq 28 sentyabr 2013-cü il tarixdə doğulmuş X1 və 05 aprel 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 154 manat, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qərara alınmışdır. Göstərilən icra sənədi icra olunması üçün Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş, icra məmuru S.Bağırov tərəfindən xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrası barədə borclu bildirişi xx.xx.2022-ci il tarixdə şəxsən imza edərək tanış olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimata əsasən 2.1-ci maddəsinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təlimatın 2.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər...2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; .....443.0.4. aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin tətbiqi əsasları hazırkı halda mövcuddur. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən və məhkəmənin sorğusuna əsasən təqdim edilmiş 275557/2022-34-6 nömrəli İcra İşinin materiallarından aydın olur ki, Borclu icra sənədi barədə məlumatlıdır, icra sənədini üzrsüz səbəbdən uzun müddətdir icra etmir. İcra haqqında Qanunun 84-cü maddəsinə əsasən, icra məmurunun qanuni tələblərinin yerinə yetirilmədiyi, o cümlədən qərarların icra olunmaması halında barəsində müvafiq icra tədbirlərinin görüləcəyi barədə ona xəbərdarlıq edilmiş, bunlara baxmayaraq borclu icra sənədinin icrasından bu günədək üzrsüz səbəbdən yayınmışdır. Odur ki, könüllü icra üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı əsaslıdır. Məhkəmə qeyd olunan icra sənədindən məlumatlı olan borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması halını, məhkəmə qərarının uzun müddət icrasız qalmasını, icra məmuru tərəfindən görülmüş tədbirlərin nəticə verməməsini, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatda qeyd edilən əsasların hazırkı işdə yaranmasını nəzərə alaraq və tələbkarın mənafeyini əsas götürərək hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 267-268-ci cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1989-ci ildə ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar