Məhkəmə qərarları › İş №8(002)-361/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-361/2023

14.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-361/2023 14.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1969/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu Bakı şəhər Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Bağırovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1969/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən Borclu Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1969/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən Borclu 5358.82 manat pul vəsaitinin tutularaq Tələbkar ASC-in xeyrinə ödənilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2913/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən Borclu 815.32 manat pul vəsaitinin tutularaq tələbkar "xxxx" MMC-in xeyrinə ödənilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2728/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən Borclu və X1 22084.92 manat pul vəsaitinin tutularaq tələbkar "xxxx" ASC-in xeyrinə ödənilməlidir. İcra sənədi icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclunın icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış, bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd olunan halları nəzərə alaraq təqdimatın təmin edilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş edilir. İcra məmuru, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Belə ki, işin faktiki halları bundan ibarətdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1969/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra vərəqəsinə əsasən Tələbkar ASC ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 133202-CNS-10096/2 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 28 mart 2023-cü il tarixə Banka borclu olduğu 5265.34 manat məbləğində əsas borc və 20.22 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5285.56 manat məbləğində pul vəsaitinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 72.86 manat dövlət rüsumunun və onun ödənilmiş 0.40 qəpik məbləğində xidmət haqqının əvəzinin Borclu tutularaq Tələbkar ASC-ə ödənilməsi qət edilmişdir. Qaradağ rayon şöbəsinin icra məmuru Xanhüseyn Nəcəfov tərəfindən xx.xx.2023-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, tələbin könüllü icrası barədə borcluya bildiriş borcluya göndərilmişdir. Belə ki, işin faktiki halları bundan ibarətdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2(002)-2913/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu xx.xx.2022-ci il tarixli müqavilə üzrə, İMEİ kodu **********32884 Xiaomi Poco X4 Pro markalı telefon üçün 765.32 manat ödənilməmiş əsas borc, 20 manat cərimə, ümumilikdə 785.32 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qaradağ rayon şöbəsinin icra məmuru Xanhüseyn Nəcəfov tərəfindən xx.xx.2023-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, tələbin könüllü icrası barədə borcluya təkrar bildiriş borcluya göndərilmişdir. Belə ki, işin faktiki halları bundan ibarətdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2(002)-2728/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra vərəqəsinə əsasən Bank "xxxx" ASC ilə Borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, FN-00115-01/22A saylı kredit müqaviləsi üzrə cavabdehlər Borclu və X1 19195.07 manat məbləğində əsas borc, 2634.06 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 21929.13 manat məbləğində borc və ödənilmiş 155.79 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qaradağ rayon şöbəsinin icra məmuru Səbuhi Bağırov tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, tələbin könüllü icrası barədə borcluya bildiriş borcluya göndərilmişdir. İcra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli çağırış vərəqəsi (reyestr işə əlavə olunmaqla), xx.xx.2023-cü il tarixli SMS bildirişlər göndərilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Məhkəmə araşdırması zamanı icra işinin materiallarından aydın olur ki, Borclu icra sənədi üzrə məlumatı olsa da, icra məmuru tərəfindən elektron sistem vasitəsilə “sms” bildirişlərin göndərilməsinə baxmayaraq icra məmurunun çağırışları üzrə icra yerinə gəlməmiş, habelə icra sənədi üzrə tələbin icrasını bu günə qədər tam yerinə yetirməmiş, məhkəmə qərarının icrası faktiki olaraq nəticəsiz qalmışdır. Göründüyü kimi, borclu şəxs icra məmurunun icra sənədinin icrası ilə bağlı çoxsaylı tədbirlərinə baxmayaraq icra məmurunun çağırışı ilə gəlməməyə davam edərək icra sənədinin icrasından yayınmış, gəlməməsinin üzrlü səbəbdən baş verməsi ilə bağlı heç bir məlumat verməmiş, eyni zamanda məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir. Həmçinin, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə borclunun barəsində icra məmuru tərəfindən müvafiq icra sənədinin icrasının təmin edilməsi məqsədilə bir sıra icra hərəkətləri həyata keçirilsə də, borclunun rəsmi iş yeri və mülkiyyətində daşınar və daşınmaz əmlakı olmadığından müvafiq icra sənədi üzrə tələbin icrasının təmin edilməsi mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 və 84.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1986-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1-də yaşayan Borclu (FİN: xxxxxxx) Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinə və Bakı şəhər Qaradağ rayonu İcra Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar