Məhkəmə qərarları › İş №8(002)-364/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-364/2025

11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-364/2025 11.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin 2(016)-28/2025-012 nömrəli, xx.xx.2025-ci tarixli icra sənədinə sənədinin icrası məqsədi ilə Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət edərək, Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-28/2025- 012 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə Borclu xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanıllmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ayrı ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilsin. İcra sənədi xx.xx.2025ci il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur."İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmi qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2 maddəsini rəhbər tutaraq, Borclu məcburi gətirilməsi barədə qərar qəbul etməyi olunur. İşdə iştirak edən tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir Təqdimata əlavə olunmuş xx.xx.2025-ci il tarixli icra tələbinin könüllü icrası barədə bildirişdən də görünür ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-28/2025-012 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarı və icra tələbinin könüllü icrası barədə bildirişi borclunun ünvanına göndərilmişdir. Təqdimata əlavə olunmuş Qaradağ rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli borclunun məcburi gətirilməsinə dair qərarı da borclunun ünvanına göndərilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəxs müvafiq icra sənədi üzrə məlumatı olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə Borclu barəsində icra məmuru tərəfindən müvafiq icra sənədinin icrasının təmin edilməsi məqsədilə bir sıra icra hərəkətləri həyata keçirilsə də, müvafiq icra sənədi üzrə tələbin icrasının təmin edilməsi mümkün olmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı şəxsin icra məmurunun çağırışlarından yayınmasının üzrlü səbəbdən baş verməsi halını da müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, təqdimat əsaslı olmaqla, təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 2(016)-28/2025-012 nömrəli, xx.xx.2025-ci il il tarixli icra sənədi üzrə Füzuli rayonu, Mirzəcamallı kəndində qeydiyyatda olan xx.xx.1986-cı il təvəllüdlü Borclu Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar