Məhkəmə qərarları › İş №8(002)-368/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-368/2022

10.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-368/2022 10.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-151/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Qaradağ rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Qafil Qasımov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-151/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 17 may 2010-cu il təvəllüdlü X2 və 13 iyun 2011-ci il təvəllüdlü X1 iddiaçı Tələbkar himayəsinə verilməsi və 17 may 2010-cu il təvəllüdlü X2 və 13 iyun 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixindən başlayaraq cavabdeh Borclu iddiaçı Tələbkarnin xeyrinə hər ay bir uşaq üçün 150 manat olmaqla cəmi 300 manat məbləğində aliment tutulması qət edilmişdir.xx.xx.2021-ci il tarixdə daxil olmuş və tələbin könüllü icrası haqqında borcluya bildiriş və qərar göndərilmişdir. Başlanılmış icraat üzrə ötən dövrdə Borclu məhkəmə qərarının icrasından yayınmışdır. Borclu icra şöbəsinə dəvət olunsada o icra məmurunun çağrışlarına məhəl qoymayaraq şöbəyə gəlməkdən və məhkəmə qərarının icrasından qəsdən yayınmışdır.Əldə etdikləri məlumata əsasən borclunun ölkə xaricinə çıxma ehtimalı vardır. Borclu icra sənədinin icrasını tam təmin etməmişdir. Borclu bu günə qədər - xx.xx.2022-ci il tarixədək 7200 manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-151/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 17 may 2010- cu il təvəllüdlü X2 və 13 iyun 2011-ci il təvəllüdlü X3 iddiaçı Tələbkar himayəsinə verilməsi və 17 may 2010-cu il təvəllüdlü X2 və 13 iyun 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixindən başlayaraq cavabdeh Borclu iddiaçı Tələbkarnin xeyrinə hər ay bir uşaq üçün 150 manat olmaqla cəmi 300 manat məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, icra məmuru borcluya Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-151/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmiş və əks təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi izah edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci iİ tarixli borclunun axtarışı haqqında qərarından görünür ki, Borclu barəsində axtarış işi açılmış və bu qərarla borclu xx.xx.2022ci il tarixdə icra şöbəsində taniş olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.3-cu bəndinə əsasən aşağıdakı hallar mövcud olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir: 2.3.1. icra sənədi üzrə icraatın dayandırılması və ya onun icrasına möhlət verilməsi barədə məhkəmə qərarı olduqda; 2.3.2. icraatın təxirə salınması haqqında icra məmuru qərar qəbul etdikdə; 2.3.3. tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsul və qaydasının dəyişdirilməsi haqqında məhkəməyə müraciət etdikdə; 2.3.4. icra sənədində nəzərdə tutulan tələbin aydın olmaması ilə əlaqədar icra məmuru həmin sənədə izah verilməsi üçün məhkəməyə müraciət etdikdə; 2.3.5. Tələbin yönəldiyi əmlakın dəyəri icra sənədi üzrə borcun və icra xərclərinin həcmindən çox olduqda. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında təlimatın 2.4-cü maddəsinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur (Əlavə 1). Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq - icra sənədi tam icra edilənədək məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-151/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu -xx.xx.1981-ci il tarixdə anadan olmuş, Bakı şəhəri,Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq - icra sənədi tam icra edilənədək məhdudlaşdırılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar