Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-369/2025 01.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, Borclu iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-424/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunması üçün tələbkar X2 ərizəsinə Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar X4 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-424/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə tutulan alimentin məbləğinin indeksasiya edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Tələbkar və Borclu 27 iyun 2014-cü il tarixdə 2 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsində 1677 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan 05 iyul 2015-ci il tarixində X3 adlı bir övlad dünyaya gəlmişdir.Sonradan tərəflər arasında münasibətlər pozulmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 4792/2016 saylı, 26 dekabr 2016-cı il tarixli qətnaməsi ilə nikah ləğv edilmiş, azyaşlı övlad ananın Tələbkar himayəsində saxlanılmış, cavabdeh Borclu hər ay 117 manat məbləğində aliment tutulması qərara alınmışdır. Alimentin məbləği sonradan artırılmış və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1257/2018 saylı, 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə 154 manata qaldırılmışdır. İllər ərzində qiymət artımı, uşağın yaşının artması və ehtiyaclarının çoxalması səbəbindən Tələbkar alimentin yenidən artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Tərəflər bu iş üzrə 26 may 2023-cü il tarixdə məcburi mediasiya mərhələsindən keçmiş, lakin razılıq əldə edilmədiyindən iş məhkəmə baxışına verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-424/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə Tələbkar alimentin artırılması barədə tələbi təmin edilmişdir. Qərara əsasən, cavabdeh Borclu azyaşlı X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Aliment bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanır. Yazıb bildirmək istəyirəm cavabdehin ödədiyi məbləğ bu günki yaşam tərzinə uyğun deyildir. Məsələ orasındadır ki, 2024-cü il tarixdən bəri istər ərzaq məhsulların, istər dərman vəsaitlərinin, istər uşaq geyimlərinin qiymətləri dəfələrlə artmışdır. Borclu məhkəmə iclasından izahatından qeyd etdi ki, ikinci dəfə evlənmişdir. Həmin nikahdan olan uşaq ikinci qrup əlilldir. Hazırda aliment artsa onun maddi vəziyyəti pisləşəcəkdir. Tələbkar X4 məhkəməyə ərizə göndərərək,məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə və ərizənin təmin edilməsini xahiş etmişdir. İş materiallarından olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-424/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh Borclu tələbkar X2 xeyrinə azyaşlı X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-424/2024 saylı qətnaməsi ilə xx.xx.2015-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırda ərizəçi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarına istinad edərək, xx.xx.2015-cu il təvəllüdlü X3 üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-424/2024 saylı qətnaməsi ilə təyin edilmiş sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla indeksasiya olunnmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016- cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşma çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4- 2 yarımbəndində qeyd edilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). X7 görə “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarını əsas götürərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2015-cu il təvəllüdlü X3 üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 424/2024 saylı qətnaməsi ilə nəzərdə tutulmuş bir uşaq üçün 235 manat məbləğində alimentin miqdarının 2024-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,68 mislini təşkil etdiyini nəzərə alsaq, ərizəçi həmin məbləğin indeksasiya olunmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, hazırkı ərizə təmin edilərək, qətnamə ilə tutulan aliment ölkə üzrə minimum əmək haqqının 0,68 misli məbləğində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Beləliklə, məhkəmə 2025-ci il üzrə minimum aylıq əmək haqqının 400 manat olmasını nəzərə alınmaqla, xx.xx.2015-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu tələbkar X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,68 misli həddində sabit pul məbləğində aliment tutulsun. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-424/2024 saylı qətnaməsi ilə xx.xx.2015-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu tələbkar X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,68 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(002)-369/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-369/2025
01.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver