Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-372/2025 04.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-2391/2025 saylı qətnaməsi üzrə tutulan alimentin indeksasiya edilməsinə dair Tələbkar ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar 04 avqust 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-2391/2025 saylı qətnaməsi üzrə tutulan alimentin indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə ərizənin yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-2391/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamə ilə iddia qismən təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində (200 manat / 400 manat = 0,5 misli) olmaqla, cəmi 1 misli həddində sabit pul məbləğində aliment tutulması; aliment tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi; alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 68 manat dövlət rüsumunun cavabdeh Borclu tutularaq Dövlət büdcəsinə ödənilməsi; ödənilmiş 50 manat mediasiya xərci və 5 manat kargüzarlıq xərcinin cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi; iddiaçı qanunla dövlət rüsumu ödəməkdən azad edildiyinə görə 50 manat dövlət rüsumunun cavabdeh Borclu Tahir oğlundan tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi, ərizəçi Tələbkar aliment tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən aliment təyin edilərkən sonrakı artımların nəzərə alınması qət edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və məhkəmə aktı qanuni qüvvəyə minmiş, lakin buna baxmayaraq ərizəçi eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi Tələbkar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-2391/2025 saylı qətnaməsi üzrə tutulan alimentin indeksasiya edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.2, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Tələbkar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-2391/2025 saylı qətnaməsi üzrə tutulan alimentin indeksasiya edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-372/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-372/2025
04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver