Məhkəmə qərarları › İş №8(002)-376/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-376/2022

03.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-376/2022 03.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon İcra icra məmuru Orxan Göyüşlünün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1329/22 saylı, 20 may 2022-cı il tarixli icra sənədinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1329/22 saylı, 20 may 2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Kia Rio” minik markalı, **- FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə borc tələbi həddində həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1329/22 saylı, 20 may 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 322 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Lakin borcluya edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq Borclu icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən imtina edərək borcunu ödəməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidayatı dövlət qurumlarına sorğular ünvanlamış, aşkar olunmuşdur ki, Borclu məxsus “Kia Rio” minik markalı, **-FR- *** dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyatına alınmışdır. Tələbkar MMC-nin nümayəndəsi R.Aslanov xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1329/22 saylı, 20 may 2022-ci il tarixli icra sənədi üzrə Borclu "xxxx" MMC-yə olan 322 manat borcu tam olaraq ödədiyindən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər, lakin məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron portal çıxarışının surətindən görünür ki, “Kia Rio” minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Tələbkar MMC-nin nümayəndəsi Rəşad Aslanov tərəfindən verilmiş ərizədən görünür ki, cavabdeh Borclu "xxxx" MMC-yə olan borcunu tam olaraq ödəmişdir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlanmaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. Həmin Qanunun 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.7-ci maddəsinə görə tələb, borclunun əmlakına icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1329/22 saylı, 20 may 2022-ci il tarixli icra sənədi üzrə Borclu Tələbkar MMC-yə olan 322 manat borcu tam olaraq ödənilmişdir. Bu səbəbdən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1329/22 saylı, 20 may 2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Kia Rio” minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına lüzum qalmamışdır. Odur ki, Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlünün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1329/22 saylı, 20 may 2022-ci il tarixli icra sənədinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlünün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1329/22 saylı, 20 may 2022-ci il tarixli icra sənədinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar