Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-378/2024 26.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-314/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və Borclu məxsus olan “VAZ 21214 minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Qafil Qasımovun təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan “VAZ 21214 minik markalı, **-MY- *** dövlət qeydiyyat nişanlı avromobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X1 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “VAZ 21214” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-314/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd olunan tələb Borclu tərəfindən xx.xx.2024-cü il tarixli, 30027 saylı qəbzə əsasən tam şəkildə təmin olunmuş və həmin tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci və 20.2-ci maddələrini rəhbər tutaraq icra işinin icraatına xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və məhkəmə qanunvericiliyin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-4527/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri ilə Borclu 148.94 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi əmr edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3154/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı ilə Borclu məxsus olan “VAZ 21214” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd edilən tələb borclu tərəfindən xx.xx.2024-cü il tarixli, 30027 saylı qəbzə əsasən tam şəkildə təmin olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. İcra haqqında qanunvericiliyin təhlilindən görünür ki, müvafiq icra sənədi tam icra edilmişdir və icra haqqında qanunvericiliyin tələbinə əsasən görülmüş icra tədbirləri ləğv edilməlidir. Məhkəmə qeyd olunan halları nəzərə alaraq, icra qanunvericiliyinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3154/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı ilə Borclu məxsus olan “VAZ 21214” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-378/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-378/2024
26.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver