Məhkəmə qərarları › İş №8(002)-379/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-379/2022

03.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-379/2022 03.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1345/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədi ilə əlaqədar Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlü borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan “VAZ 2101” minik markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1345/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2928 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş və icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Lakin borcluya edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq Borclu icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən imtina edərək borcunu ödəməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti dövlət qurumlarına sorğular ünvanlanmış və aşkar olunmuşdur ki, Borclu məxsus “VAZ 2101” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyatına alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzrərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü və 50-ci maddələrinin tələblərini rəhbər tutaraq icra məmuru Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1342/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan “VAZ 2101” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə borc həddində həbs qoyulmasına dair qərardad çıxarılması məsələsinə baxılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq icra tədbirləri həyata keçirmişdir. Təqdimata əlavə edilmiş elektron portal çıxarışının surətindən görünür ki, “VAZ 2101” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələb əmlaka yönəldilə bilər. Həmin Qanunun 45.1-ci bəndinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göstərilən Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. İstinad edilən Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan “VAZ 2101” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə borc tələbi həddində həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus olan “VAZ 2101” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə borc tələbi həddində həbs qoyulsun. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar