Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-381/2024 27.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, Qaradağ rayon İcra şöbəsindən daxil olmuş borcluya məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimata Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədli borcluya məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-300/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus olan “HYUNDAİ GRANDEUR” minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-300/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-318/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar Borclu məxsus “HYUNDAİ GRANDEUR” minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Məhkəmə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədlinin təqdimatını və əlavə olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, təqdimat əsaslı hesab edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-300/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borcluya məxsus ““HYUNDAİ GRANDEUR” minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, təqdimata əlavə edilmiş Tələbkar ASC tərəfindən Qaradağ rayon İcra şöbəsinə ünvanlanmış ərizənin surətindən və icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, e-2(002)-318/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar ASC ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmiş, icra məmuru tərəfindən icra sənədi məhkəməyə qaytarılmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Yuxarıda göstərilənlərə əsasən və İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci, Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-300/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus “HYUNDAİ GRANDEUR” minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-381/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-381/2024
27.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver