Məhkəmə qərarları › İş №8(002)-381/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-381/2025

18.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-381/2025 18.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Tələbkar Kazımova (Əsədova) Salatın Ədalət qızının, Borclu iştirakı ilə, Tələbkar Kazımova (Əsədova) Salatın Ədalət qızının Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X4 «icra sənədinin qaytarılması» haqqında 26 yanvar 2023-cü il tarixli qərarından şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Kazımova (Əsədova) Salatın Ədalət qızı Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X4 «icra sənədinin qaytarılması» haqqında 26 yanvar 2023cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş edilmişdir. Tələbkar Kazımova (Əsədova) Salatın Ədalət qızı şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-310/2021 saylı qətnaməsi ilə onun cavabdeh Borclu qarşı «nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment» tələbinə dair iddiası təmin edilmiş, onunla Borclu arasında xx.xx.2011-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 16 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 ilk iddiaçı kimi onun yanında və himayəsində saxlanılması; xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 150 manat olmaqla, üç uşağa görə cəmi 450 manat sabit pul məbləğində alimentin Borclu onun xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli qətnaməsi ilə Borclu apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-310/2021 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-6060/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmənin qərarı qüvvəyə minmiş, müvafiq qaydada icra sənədi verilmiş və icraya yönəldilmişdir. Məhkəmə qərarı icra olunduğu zaman uşaqların hər üçü onun himayəsində olduğundan icra sənədi icra olunmuş və icra məmuru tərəfindən akt tərtib olunmuş, müvafiq qərardad qəbul edilmişdir. İcra edilmiş icra sənədi üzrə icraata «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Lakin borclu tərəfindən bir müddət keçəndən sonra, uşaqlarla ünsiyyətdə olmağa dair məhkəməyə müraciət olunmuş və ünsiyyət vaxtı müəyyən edilmişdir. Borclu ünsiyyət hüququndan sui-istifadə edərək uşaqları öz yanında saxlamış və geri qaytarmamışdır. Bundan sonra, Borclu məhkəməyə «uşaqların iddiaçının yanında saxlanılması» tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-1098/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 ataları Borclu yanında qalmaları müəyyən olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2024-cü il tarixli 2(103)-516/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-1098/2023 saylı qətnaməsi ləğv edilmiş, uşaqların atalarının yanında qalmalarına dair iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-709/2025 saylı qərarı ilə Kazımov Elməddin Kamaləddin oğlunun kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bundan sonra, Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinə (icra məmuru Abuzər Əlizadə) qüvvəyə minmiş məhkəmə qərarının icra olunması ilə əlaqədar müracəit etsə də, İcra Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 alınıb ona qaytarılması ilə bağlı hər hansı bir icra sənədi mövcud olmadığından, tələbinin yerinə yetirilməsi mümkün deyildir. Borclu tərəfindən irəli sürülmüş mübahisələrə artıq qiymət verildiyindən, məhkəmə qərarları qüvvəyə mindiyindən, ilkin olaraq verilmiş icra sənədi icra olunduğundan, icraata xitam veorildiyindən, hazırki durumda uşaqları ataları qaytarmadığından hesab edir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra sənədinin yenidən icrasına zərurət yaranmışdır və bu baxımdan hazırki ərizə ilə qərarı qəbul etmiş məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbkar Kazımova (Əsədova) Salatın Ədalət qızı məhkəmə iclasında ərizəni müdafiə etmədi və izahatında bildirdi ki, hələlik borclu tərəfindən övladları ona geri qaytarılmayıb. Hazırda uşaq tələbi ilə bağlı mülki iş məhkəmənin icraatındadır və baxılır. Ona görə də, hazırda ərizəni müdafiə etmir. Borclu məhkəmə iclasında ərizəni qəbul etmədi, tələbkarın izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də, məhkəmə şikayətə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayət ərizəsində məzmunları qeyd edilmiş məhkəmə aktlarından göründüyü kimi, tərəflərin birgə nikahlarından olan övladları xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 hazırda atalarının yanındadırlar, uşaqların anası tərəfindən məhkəməyə uşaq tələbinə dair iddia ərizəsi ilə müraciət olunmuşdur, həmin iddia tələbinə dair mülki iş məhkəmənin icraatında olmaqla baxılır. Məhkəmə hesab edir ki, uşaq tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılaraq, müvafiq hüquqi qiymət verilənə və həmin iş üzrə qətnamə qanuni qüvvəyə minənədək ərizəçinin hazırki ərizə tələbi təmin edilə bilməz. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X8 «icra sənədinin qaytarılması» haqqında 26 yanvar 2023-cü il tarixli qərarı qəbul etməklə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri, eləcə də, tələbkarın hər hansı hüququ pozulmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələbkar Kazımova (Əsədova) Salatın Ədalət qızının Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X4 «icra sənədinin qaytarılması» haqqında 26 yanvar 2023-cü il tarixli qərarından vardiyi şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Tələbkar Kazımova (Əsədova) Salatın Ədalət qızının Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X4 «icra sənədinin qaytarılması» haqqında 26 yanvar 2023-cü il tarixli qərarından vardiyi şikayət təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar