Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-382/2025 19.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Tələbkar, Borclu İcra məmuru X3 iştirakı ilə, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-5/2025 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Qafil Qasımovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-5/2025 saylı icra sənədinə əsasən 19 avqust 2024-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 və 08.xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Təqdimat belə əsaslandırılır ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-5/2025 saylı icra sənədi xx.xx.2025-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icr sənədi üzrə Borclu göndərilmiş, icra sənədində göstərilən tələbi könüllü təmin etməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edilir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X4 təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatı qəbul etməyərək, təqdimatın əsassız oldğunu bildirib, təqdimatın rədd edilməsini xahiş etmişdir Məhkəmə icra məmuru, borclu və tələbkarın izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-5/2025 saylı icra sənədinə əsasən 19 avqust 2024-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 və 08.xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-5/2025 saylı icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya həmin tarixdə könüllü icra barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini, həmçinin həmin icra sənədinin icrasının borclu tərəfindən təmin olunmadığını nəzərə alaraq hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1999-cu il tarixdə doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on gün) müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-382/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-382/2025
19.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver