Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-39/2025 11.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi X3 iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-1922/2023 saylı qətnaməsi üzrə tutulan alimentin indeksasiya edilməsinə dair tələbkar X3 ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-1922/2023 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh Borclu qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası təmin edilmiş, Borclu ilə X6 arasında xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 1008 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2021-ci il təvəllüdlü X5 anası X3 yanında saxlanılmış; xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Tələbkar X6 28 yanvar 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-1922/2023 saylı qətnaməsi üzrə tutulan alimentin indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Daha sonra, tələbkar X6 məhkəməyə ərizə ilə müraciət edərək, tutulan alimentin miqdarı indeksasiya edilərkən ölkə üzrə minimum əmək haqqının 0,29 mislinin əsas götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1922/2023 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh Borclu qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası təmin edilmiş, Borclu ilə X6 arasında xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 1008 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2021-ci il təvəllüdlü X5 anası X3 yanında saxlanılmış; xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra şöbəsi tərəfindən məhkəməyə qaytarılmışdır. Hazırda icra sənədinin yenidən icraya yönəldilməsi və qətnamə üzrə tutulmuş həmin məbləğin indeksasiya edilməsini istəyir. Bu səbəbdən, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Tələbkar X6 məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Borclu məlumat verilməsinə baxmayaraq, o, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, ərizəyə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkar X3 fikrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən 2023-cü il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 345 manat olmuşdur. 2024-cü ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləğində artım olmamış, 2025-ci il yanvarın 1-dən həmin məbləğ artırılaraq 400 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-1922/2023 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Borclu tələbkar X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunluş minimum əmək haqqının 0,29 misli həddində (100 : 345 = 0,2898 misli, yuvarlaşdırdıqda 0,29 misli) müəyyən edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-1922/2023 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Borclu tələbkar X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunluş minimum əmək haqqının 0,29 misli həddində (100 : 345 = 0,2898 misli, yuvarlaşdırdıqda 0,29 misli) sabit pul məbləğində aliment tutulsun. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-39/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-39/2025
11.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver