Məhkəmə qərarları › İş №8(002)-395/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-395/2025

01.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-395/2025 01.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Tələbkar X4 iştirakı ilə, Ərizəçi Borclu tərəfindən Qaradağ rayon icra şöbəsinin icra məmuru Orxan Göyüşlünün xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və onun tərəfindən ödənilmiş aliment ödənişinin silinməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Borclu tərəfindən Qaradağ rayon icra şöbəsinin icra məmuru Orxan Göyüşlünün xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və onun tərəfindən ödənilmiş aliment ödənişinin silinməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon İcra şöbəsinin İcra məmuru X8 xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və Qaradağ rayon məhkəmənin 2(002)-1790/2023 saylı 03 iyul 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş və onun tərəfindən ödənilmiş 4500 manat pulun aliment ödənişi kimi qəbul edilməsi barədə qərar qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1790/2023 saylı 03 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2023-cu il tarixdən xx.xx.2016-cı il təvəllüdlu X5 yetkinlik yaşına çatanadək saxlanılması üçun ondan hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq X6 ödənilməsi qət edilmişdir. O, hər ay aliment ödənişini Qaradağ rayon icra şöbəsinin icra məmuru Rasul Mirzapurun göstərişinə əsasən vaxtı vaxtında ödəmişdir. Belə ki, aliment ödənişi ilə bağlı ilk dəfə o, icra şöbəsinə dəvət edilərkən icra məmuru ona məhkəmə qətnaməsinin nəticəsini izah etmiş və əlavə olaraq Tələbkar məxsus "KapitalBank" kart nömrəsini təqdim etmişdir. O da Qaradağ rayon icra şöbəsinin icra məmurunun göstərişinə uyğun olaraq hər ay verilmiş "KapitalBank" kart nömrəsinə bankomat vasitəsilə Qaradağ rayon məhkəməsinin qətnaməsi ilə müayyən edilmış alıment odənişlərini etmişdir. Bu ödənişlərdə iki il sonra 2023-cü ildən başlayaraq 2025-ci ilədək ödənişləri vaxtlıvaxtında icra etmişdir. Tələbkar tərəfindən nə də icra şöbəsi tərəfindən iki il müddətində alimentin ödənilməməsi barədə heç bir şikayət irad bildirilməmişdir. Sonradan tələbkar icra şöbəsinə müraciət etmiş, ona verilmiş kart hesabının tələbkarın yanında yaşayan qızına aid olduğunu. həmin pulların qızı Humaya hədiyyə olunduğunu, bunun alimentə heç bir aidiyyəti olmadığını bildirmiş və bununla bağlı şikayətlər etmişdir. Bildirir ki, hazırkı vaxta kimi onun tərəlindən icra məmuru Rəsul Mirzəpur tərəfindən verilmiş karta 4500 manat məbləğində ödəniş etmiş və buna dair ödəniş çekləri də vardır. Hazırda tələbkarla birlikdə yaşayan qızının kartına ödədiyi pulları cavabdeh aliment borcu kimi hesab etmir və ondan yenidən əlavə olaraq 4625 manat məbləğində aliment borcunun yaranmasını iddia edir. Görundüyü kimi o, heç aliment öhdəliyini ödəməkdən yayınmamış və hər ay da icra məmurunun məna verdiyi karta ödəmələr etmişdir. Lakin icra məmuru guya icra öhdəliyini yerinə yetirməməyi səbəbindən məhkəməyə təqdimatla müraciət etmiş Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə onun əməlində İXM min 528-1-1-i maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanma inzibati xəta haqqında icraata xitam verilmişdir O, dəfələrlə icra şöbəsinə ona hesablanmış aliment borcunun yuxarıda qeyd etdiyi sabaha görə silinməsi üçün müraciət etsə da ona 4618 manat borcunun olmasını bildirmişlər Lakin o, icra məmurunun göstərişi əsasında həmin pulu tələbkarla birlikdə yaşayan qızı Humayın kartına ödəmiş, hazırda icra məmurunun dəvişməsi ilə onun aliment borcumun yaranması tam əsassızdır. İcra məmurunun hazırki tələbi tam əsassızdır və onun ödənilmiş 4500 manat pulun aliment borcundan silinməsi zəruridir. Belə ki, edilən hərəkətin qəsdən və ya bilərəkdən edilməsi və ya icra məmurunun hansı marağının olması ona məlum deyildir. Əgər ki, həmin pullar tələbkara çatmırdısa niyə məhz iki ərzində heç bir müraciət etməmiş, hətta Humayla onun arasında olan danışıqlar zamanı votsapp yazışmasında Humay bildirir ki, anası 200 manatdan əlavə 30 manat da atılmasını istəyir. Bütün bunların yaradan Qaradağ rayon icra şöbəsinin icra məmurudur. Hal-hazırda onlara müraciət etsə də xx.xx.2025-ci il tarixli qərarla onun yenidən 4618 manat borcu olduğunu göstərmişdir. Hesab edir ki, icra məmurunun hərəkətləri, qəbul etdiyi qərar qərəzli, qanunsuz, əsassızdır. Tələbkar X11 məhkəmə iclasında izahatında qeyd etdi ki, Humay onların qızıdır. Ərizəçi pulu bir ata kimi qızı Humaya ödəmişdir. Humay da hansı ki, həmin pulu ona verməmişdir. Kart da Humayın adınadır. Xəstə uşağa baxır, kirayədə qalır. Xəstə uşağa görə ərizəçidən 224 manat aliment tutulmalıdır, amma ərizəçi Elxan 200 manat aliment ödəyir. Məhkəmə tələbkarın izahatını dinləyib, iş materiallarını, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, şikayət əsassız olmaqla təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aliment borcunun müəyyən edilməsi barədə qərardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1790/2023-007 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdən başlayaraq X2 xx.xx.2016-c il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X10 ödənilməlidir. Sözügedən icra sənədi icraata daxil olmuş və zəruri icra hərəkətləri həyata keçirilmişdir. Belə Məhkəməsinin 2(002)-1790/2023-007 nömrəli, xx.xx.2023-ci il tarixli icra vərəqəsi üzrə 5018( beş ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Borclu tərəfindən Qaradağ Rayon min on səkkiz) manat məbləğində aliment ödənilməli olduğu, icraat dövründə 400 (dörd yüz) manat məbləğində alimentin Tələbkar ödənildiyi, 4618( dörd min altı yüz on səkkiz) manat aliment üzrə borcun qaldığı müəyyən edilmişdir. Aliment üzrə borcun müəyyən edilməsi ilə bağlı tərəflərin təqdim etdikləri qəbzlərə, bank hesabından çıxarışa istinad edilmişdir. Həmçinin Borclu tərəfindən qızı X1 hesabına 4500( dörd min beş yüz) manat məbləğində pul ödənilmiş, H.Sadıqova həmin məbləğin aliment borcu kimi ödənilmədiyini bildirmiş və Tələbkar sözügedən məbləğin qızı H.Sadıqova tərəfindən ona aliment borcu kimi verilmədiyini qeyd etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1790/2023-007 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədi üzrə Borclu tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2025ci il tarixədək ümumilikdə hazırki vaxta 400 (dörd yüz) manat alimentin ödənildiyi, 4618(dörd min altı yüz on səkkiz) manat aliment üzrə borcun qaldığı müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1612/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Borclu əməlində İXM-nin 528-1-1-i maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xəta verilməsi qərara alınmışdır. İş materiallarında olan 8(002)-327/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, Borclu tərəfindən müxtəlif vaxtlarda müəyyən məbləğlərdə X9 məxsus kart hesabına ödənişlər etmişdir. Ailə məcəlləsinin 106.5-ci maddəsinə əsasən İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Hazırki ərizə üzrə məhkəmə qeyd edir ki, ərizəçi müəyyən dövr üçün hesablanmış aliment borcunun silinməsini xahiş edir və şikayətini onunla əsaslandırırki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü üzrə ödənişləri əks etdirən qəbzlərini təqdim etməkə bildirmişdir ki, müəyyən olunan məbləğdə alimenti qızı X7 adına olan kart hesabına göndərmişdir. Bu səbəbdən onun həmin dövr üzrə aliment borcu hesablanmamalıdır. Məhkəmə isə məhkəmə iclasında tədqiq olunmuş sübutları və tələbkarın izahatını nəzərə alaraq qeyd edir ki, xx.xx.2025-ci il tarixli aliment borcunun müəyyən edilməsi barədə Qaradağ rayon icra şöbəsinin qərarından görünür ki, H.Sadıqova Borclu tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək X1 hesabına ödənilmiş 4500 manat məbləğində pulun həmin məbləğin aliment borcu kimi ödənilmədiyini bildirmiş və Tələbkar sözügedən məbləğin qızı H.Sadıqova tərəfindən ona aliment borcu kimi verilmədiyini bildirmişdir. Eyni zamanda Tələbkar müvafiq halı məhkəmə iclasında da təsdiq etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək qızı-X7 hesabına ödənilmiş məbləğlərin aliment borcu kimi ödənildiyini və həmin ödənişlərin tələbkara çatdırıldığını sübut edə bilmədiyindən hazırki ərizə tələbi əsasız olmaqla təmin edilməməlidir. Belə ki, qətnamə ilə tutulan aliment Sadıqova Aynutrəyə ödənilməsi nəzərdə tutulmuşdur. Borclu isə pulu yetkinlik yaçına çatmış qızına ödəmişdir ki, o da hesab edir ki, atasının borudur ki, ona da pul ödəsin. Lakin həmin aliment yetkinlik yaşına çatmayan başqa uşaq üçün nəzərdə tutulmşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü və 268ci maddələrini İcra haqqında Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Borclu Qaradağ rayon İcra şöbəsinin İcra məmuru X8 xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və Qaradağ rayon məhkəmənin 2(002)-1790/2023 saylı 03 iyul 2023cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək onun tərəfindən ödənilmiş 4500 manat pulun aliment ödənişi kimi qəbul edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar