Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-40/2024 29.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Borclu, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3369/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3369/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 8197.53 manat məbləğində pul vəsaiti tutularaq TələbkarQSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyatı dövlət qurumlarına sorğular ünvanlanmış, aşkar olunmuşdur ki, Borclu məxsus “Mercedes E220” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyatına alınmışdır. Göstərilənləri nəzərə alaraq, Borclu məxsus olan “Mercedes E220” minik markalı, **- GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə icra məmuru X2 təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə borclu təqdimatla rağılaşmayaraq, onun rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bunu onunla əsaslandırmışdır ki, qeyd edilən avtomobil onun yeğanə qazanc yeridir. Belə ki, o həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Lakin vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmamışdır. Bu səbəbdən hesab edir ki, həmin avtomobilin üzərinə həbs qoyula bilməz. İş üzrə tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclu və icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən təqdimat təmin edilməlidir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borclu şəxsin ünvanına poçt vasitəsilə göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü qaydada tam təmin edilməmişdir. Bundan başqa, əldə olunmuş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, “Mercedes E220” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələb əmlaka yönəldilə bilər. Həmin Qanunun 45.1-ci bəndilnə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göstərilən Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. İstinad edilən Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3369/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus olan “Mercedes E220” minik markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə borc tələbi həddində həbs qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3369/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus olan “Mercedes E220” minik markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə borc tələbi həddində həbs qoyulsun. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-40/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-40/2024
29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver