Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-400/2022 05.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, Qaradağ Rayon Məhkəməsinin 2(002)-162/2022 nömrəli,xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclunın icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Göyüşlünün təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Göyüşlünün məhkəməyə müraciət edərək, Borclunın məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-162/2022 nömrəli,xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borc Borclu 765 manat məbləğində pul vəsaiti və 30.4 manat dövlət rüsumu tutularaq tələbkar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkət-in xeyrinə xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar məhkəməyə yazılı ərizə təqdim edərək, borclu şəxsin icranı könüllü təmin etmədiyini, təqdimata onların iştirakı olmadan baxılmasını, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borclu şəxsin hazırki ica sənədi üzrə tələbin könüllü icrası barədə bildirişi təhvil alını-alınmaması, habelə borclu şəxsin məcburi gətirilməsi barədə qərarın surətini alıb-almaması halına dair sənəd təqdimata əlavə edilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı Borclu icra sənədi barədə məlumatlı olub-olmaması halının, habelə icra məmurunun çağırışlarından üzrsüz səbəbdən yayınması halının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki icra sənədi üzrə tələb edilən məbləği nəzərə alaraq, borclu şəxs tərəfindən həmin icra sənədi barədə məlumatlı olub-olmaması, tələbin könüllü icrası barədə bildirişi alıb-almamas, habelə məcburi gətirilmə haqqında qərarın surətinin alıb-almaması halının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar müəyyən edilmədən borclu şəxs barəsind qeyd edilən tədbirin tətbiq edilməsi özlüyündə şəxsin konstitusion hüquqlarının əsassız yerə məhdudlaşdırılması ilə nəticələnə bilər. Ona görə də qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (elektron kabinet) vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №8(002)-400/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-400/2022
05.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver