Məhkəmə qərarları › İş №8(002)-401/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-401/2022

07.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-401/2022 07.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru, Səbuhi Əhmədlinin daşınar əmlak üzərinə həbs qoyulması barədə təqdimatına Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru, Səbuhi Əhmədlinin daşınar əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu ogluna məxsus olan «PORSCHE CAYENNE» minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı, «DAF FT CF 85.460» yük markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı, «DAF FTXF 105.460T» yük markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı, «DAF FARCF 85.360T» yük markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı, «TOYOTA HİLUX» minik markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı, «DAF FTXF 105» yük markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı, «LAND ROVER DİSCOVERY» minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı, «DAF FTXF105.460T» yük markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı, «DAF FARXF 104.410T» yük markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı, «HEUSER QOŞQU» markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, «MERCEDES BENZ AXOR1840 LS» yük markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması və tələbin əmlaka yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 497/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu oglundan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə daxıl olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu ogluna təqdim edilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, ‘Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu ogluna məxsus olan «PORSCHE CAYENNE» minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı, «DAF FT CF 85.460» yük markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı, «DAF FTXF 105.460T» yük markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı, «DAF FARCF 85.360T» yük markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı, «TOYOTA HİLUX» minik markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı, «DAF FTXF 105» yük markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı, «LAND ROVER DİSCOVERY» minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı, «DAF FTXF105.460T» yük markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı, «DAF FARXF 104.410T» yük markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı, «HEUSER QOŞQU» markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, «MERCEDES BENZ AXOR1840 LS» yük markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Ona görə də o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Tələbkar məhkəmə iclasında iştirak edərək,öz izahatında 3 ildir ayrı yaşadıqlarını, borclu şəxsin aliment ödəmədiyini , maddi çətinlik çəkdiyini bildirərək təqdimatın təmin olunmasını xahiş etmişdir. İcra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, icra məmərunun təqdimatı qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-497/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı Borclu cavabdeh Tələbkar qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddiası təmin edilməsi,07 avqust 2009-cu il tarixdə Borclu ilə Tələbkar arasında Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 619 № ilə icra edilmiş nikah qeydi pozulması,birgə nikahdan olan 13 aprel 2012-ci il təvəllüdlü X2 cavabdeh TələbkarFərhad qızının yanında saxlanılsın. Həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 15 yanvar 2020-ci il tarixdən başlayaraq, Tələbkar xeyrinə hər ay bir uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il son sorğulanma tarixli elektron çıxarışından görünür ki, Borclu adına «PORSCHE CAYENNE» minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı, «DAF FT CF 85.460» yük markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı, «DAF FTXF 105.460T» yük markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı, «DAF FARCF 85.360T» yük markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı, «TOYOTA HİLUX» minik markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı, «DAF FTXF 105» yük markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı, «LAND ROVER DİSCOVERY» minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı, «DAF FTXF105.460T» yük markalı, **- SM-*** dövlət qeydiyyat nişanlı, «DAF FARXF 104.410T» yük markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı, «HEUSER QOŞQU» markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, «MERCEDES BENZ AXOR1840 LS» yük markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən borclu barəsində tətbiq edilən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoyulması və onun satılması yolu ilə tələbin əmlaka yönəldilməsi tədbiridir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Borclu onun barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-497/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi ona xəbərdarlıq edilməsinə və uzun müddət keçməsinə baxmayaraq, indiyədək tam icra etməmişdir. Bu hal isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, icra tələbi üzrə borcun məbləğini nəzərə alaraq, hesab edir ki, müvafiq icra sənədi üzrə tələbin icrasının təmin edilməsi məqsədilə borcluya məxsus «PORSCHE CAYENNE» minik markalı, **-VD-*** dövlət qeydiyyat nömrə nişanlı əmlakın üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu məxsus «PORSCHE CAYENNE» minik markalı, **-VD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Qaradağ rayonu İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar