Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-418/2022 12.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-4125/18 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Göyüşlünün təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Göyüşlünün təqdimatına borcluya məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, Qaradağ rayon Məhkəməsinin 8(002)-332/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsi və Borclu məxsus “MACK YÜK” markalı, **-TT-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-4125/18 saylı, xx.xx.2018ci il tarixli icra sənədinə əsasən Borclu 34.62 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-in xeyrinə ödənilməlidir. İcra vərəqəsi icraata xx.xx.2018-ci il tarixdə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış,Borclu məxsus “MACK YÜK” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmiş və Qaradağ rayon Məhkəməsinin 8(002)-332/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur.Göstərilənləri nəzərə alınaraq avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Tələbkarın nümayəndəsi məhkəmə iclasına ərizə ünvanlayaraq,məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru,tələbkar və borcluya məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarından görünür ki, icra məmurunun xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə hazırki icra sənədinə xitam verilmişdir. İş materiallarından görünür ki, Qaradağ Rayon Məhkəməsinin 8(002)- 332/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, Borclu məxsus “MACK YÜK” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmənin əsaslarından biri də icra sənədinin borclu tərəfindən tam icra olunması qeyd olunmuşdur. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir, həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İcra haqqında qanunvericiliyin təhlilindən görünür ki, borclu tərəfindən icra sənədi tam icra olunduqda icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul edir və xitam verilmiş icra icraatı üzrə görülmüş icra tədbirlərini ləğv edir. Təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, müvafiq icra sənədi üzrə borclu borcunu tam ödəmişdir, bu əsasla da icra sənədi üzrə icraata xitam verilmişdir. Bu halda, icra haqqında qanunvericiliyin tələbinə əsasən xitam verilmiş icraat üzrə görülmüş icra tədbirləri ləğv edilir. Ona görə də, məhkəmə qeyd olunan hallları nəzərə alaraq, icra qanunvericiliyinin tələblərini rəhbər tutaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 8(Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülik Prosessual Məcəllənin 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 332/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “MACK YÜK” markalı, **-TT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə və Qaradağ Rayonu İcra Şöbəsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №8(002)-418/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-418/2022
12.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver