Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-419/2024 24.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Borclu X1, İcra məmuru X2 iştirakı ilə, Borclular Borclu1 və Borclu2 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, borclular Borclu1 və Borclu2 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(002)-152/2024-021 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1981-ci ildə anadan olmuş və Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsi, N №-li hərbi hissə, hərbi şəhərciyi ünvanında qeydiyyatda olan və yaşayan Borclu1 və xx.xx.1981-ci ildə anadan olmuş və Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, N №-li hərbi hissə, hərbi şəhərciyi ünvanında qeydiyyatda olan və yaşayan Borclu2 müştərək qaydada 13160.44 manat məbləğində pul vəsaiti və 131.82 manat dövlət rüsumu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu1 və Borclu2 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam təmin olunmamışdır. İddiaçı Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq təqdimata tələbkar təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu X4 izahatında bildirdi ki, maddi və ailə vəziyyəti ilə əlaqədar olaraq onun tərəfindən tələbkar təşkilata olan 13160.44 manat məbləğində pul vəsaiti və 131.82 manat dövlət rüsumundan hər hansı ödəniş edilməmiş, borc məbləği olduğu kimi qalmaqdadır. Digər tərəfdən onun başqa keredit borcu vardır ki, həmin borc məbləği onun əmək haqqına yönəldilmişdir. Hazırkı borc məbləğinin də əmək haqqına yonəldilməsinə etiraz etmir. Ona görə də təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X3 izahatında bildirdi ki, borclulara tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə baxmayaraq onlar hazırkı icra işi ilə bağlı tələbkar təşkilata hər hansı ödəniş etməmişlər. Bu səbəbdən təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 135.7-ci maddəsinə əsasən, Borclu2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə icra məmuru X3 və borclu X1 izahatlarını dinləyib, təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işini araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(002)- 152/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, 12.786 manat 34 qəpik əsas borc, eksperti rəyində qeyd olunan xx.xx.2023-cü il tarixə hesablanmış 374 manat 10 qəpik faiz olmaqla, cəmi 13.160 manat 44 qəpik pul vəsaiti, ödənilmiş 131 manat 82 qəpik dövlət rüsumu cavabdehlər Borclu2 və Borclu1 müştərək qaydada iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulması, 100 manat ekspertiza xərci cavabdehlər Borclu2 və Borclu1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən aydın olur ki, borclulara icra sənədlərində göstərilən tələbin 10 gün müddətinə könüllü olaraq təmin edilməsi bildirilmiş, lakin icra sənədi üzrə tələbkar təşkilatın tələbi edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, təqdimatda göstərilənləri, eləcə də, icra işində olan məlumatları nəzərə alıb, istinad olunan Qanunun tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, yuxarıda göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə borcluların ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-152/24 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-419/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-419/2024
24.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver