Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-42/2023 16.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün “icra sənədinin geri qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi haqında tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC məhkəməyə şikayət təqdim edərək, Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün "İcra sənədinin geri qaytarılması haqqında” 23 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1455/2018 saylı xx.xx.2018-ci il tarixində “icra sənədinin geri qaytarılması barədə” qərar qəbul etmişdir. Adı çəkilən qərarda borclunun əmlakının tapılmamasına istinad edilərək icra sənədi məhkəməyə qaytarılmışdır. İcraçı “İcra haqqında” qanunun 23.1.3-cü maddəsini düzgün tətbiq etməmişdir. Həmin maddə tətbiq edilməklə qərar qəbul edilməsi üçün icra orqanı borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlərin görülməsini sübut etməlidir. X1 iş yerinin olubolmamasını, təqaüd alıb-almamasını aydınlaşdırılması qərarda qeyd edilməmişdir. Tələbkarın nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatda icra məmurunun icra tədbirlərini görmədiyini, borclu şəxsin əmlaklarını yoxlamadığını, əmlakların olmaması barədə aktın tələbkara göndərilmədiyini bildirərək, icra məmurunun qərarının ləğv olunması və icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər, buna görə də, məhkəmə şikayət ərizəsinə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X3 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, müvafiq icra sənədinin icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində icra sənədinin qaytarılması əsasları öz əksini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır; 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Həmin Qanunun 23.7-ci maddəsinə görə, icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması üçün əsas olmuş hallar öz əksini tapmışdır. İş materiallarından görünür ki, icra məmurunun müvafiq icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərar qəbul etməsinə əsas o olmuşdur ki, X1 icra sənədində göstərilən ünvanında yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, lakin tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə müvafiq akt tərtib edilmiş və buna görə də icra sənədini icra etməyin mümkün olmamışdır. Yəni, müvafiq icra sənədinin məhkəməyə geri qaytarılmasına səbəb borclunun icra sənədi üzrə borcunu ödəməyə əmlakının olmaması olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı işin ətraflı araşdırılması üçün müvafiq icra işinin materialları rəsmi qaydada tələb edilsə də, icra məmuru tərəfindən təqdim edilməmişdir. Göründüyü kimi, müvafiq qərarı qəbul etmiş icra məmuru tərəfindən icra sənədi üzrə borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülüb-görülməməsini, borclunun əmlakının müəyyən olunması, bank hesablarının yoxlanılması üçün sorğuların göndərilməsini, habelə digər görülmüş icra hərəkətlərinin nəticə verib-verməməsini müəyyən etmək və icra işinin araşdırılması mümkün olmamışdır. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək hesab edir ki, icra məmurunun müvafiq icra sənədinin icrasının qeyri-mümkün olması əsası ilə məhkəmə göndərilməsi barədə qərarı əsasız olduğundan, habelə icra haqqında qanunvericilikdə icra edilmədən məhkəməyə geri qaytarılan icra sənədinin yenidən icraya yönəldilməsi istisna edilmədiyindən tələbkarın şikayət ərizəsi əsaslıdır və qeyd edilən qərar ləğv edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Tələbkar "xxxx" MMC-nin şikayəti ərizəsi təmin edilsin. Bakı şəhər Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün "icra sənədinin geri qaytarılması haqqında” 23 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1455/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra tədbirləri bərpa edilərək davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-42/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-42/2023
16.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver