Məhkəmə qərarları › İş №8(002)-43/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-43/2025

16.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-43/2025 16.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Abuzər Əlizadənin daşınmaz əmlak üzərinə həbsin qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-71/2024 saylı qətnaməsi üzrə xx.xx.2024-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən, Borclu alınaraq (tutularaq) iddiaçı Tələbkar verilməli olan məbləğ 29907 manat müəyyən edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 25 manatı cavabdeh Borclu, 25 manati isə Tələbkar alıanaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Abuzər Əlizadə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcu ödətdirmək məqsədi ilə Borclu məxsus olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha bağ sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Abuzər Əlizadə təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha bağ sahəsi vardır. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Borclu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, təqdimatda üzərinə həbs qoyulması tələb edilən ünvan borclunun yeganə yaşayış yeridir, hal-hazırda Borclu və onun ailə üzvləri məhz həmin ünvanda yaşayır. O cümlədən, halhazırda borclunun əmək haqqısından icra qaydasında borcla bağlı tutulmalar həyata keçirilir. Əvvəlki məhkəmə qərarlarında qeyd olunur ki, Borclu ona aid olan torpaq sahəsi üzərində ailəsi ilə yaşamaq üçün ev tikmişdir, hal-hazırda orada yaşayır, həmin ev onun yeganə yaşayış yeridir. Ona görə də təqdimata etiraz edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu həmin bildirişin surətini xx.xx.2024-cü il tarixdə almışdır. Təqdimata əlavə edilmiş tələbin borclunun gəlirlərinə yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli məlumatın surətindən görünür ki, Borclu əmək haqqından 29907 manat məbləğində pul vəsaitinin və 25 manat dövlət rüsumunun hər ay 50% tutularaq Tələbkar xeyrinə ödənilməsi barədə “Azneft” İB-yə müraciət olunmuşdur. Təqdimata əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-391/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, təqdimatın təmin olunması, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-71/2024-021 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus olan “Mercedes Benz 240” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru Abuzər Əlizadənin təqdimatını və əlavə olunmuş sənədləri, icra işinin materiallarını tədqiq edərək və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilən halları nəzərə alaraq belə qənaətə gəlir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, icra məmuru həbs qoyulmasını tələb etdiyi daşınmaz əmlakın borclunun yeganə yaşayış yeri olub-olmadığını araşdırmadan təqdimatla məhkəməyə müraciət etmişdir. Bundan əlavə, sözügedən icra sənədi üzrə borcluya məxsus “Mercedes Benz 240” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsa da, onun dəyərinin borc həddini keçib-keçmədiyi icra məmuru tərəfindən dəqiqləşdirilməmişdir. Həmçinin, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, könüllü icra müddəti başa çatmadan tələb borclunun əmək haqqına yönəldilmişdir və hazırda icra edilməkdədir, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Məcəllənin 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Yuxarıda göstərilənlərə əsasən və İcra haqqında Azərbaycan Respublikası Qanununun 44-45-ci, Azərbaycan Respublikasının MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar