Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-431/2024 01.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X14 oğlunun katibliyi, X2 nümayəndəsi və vəkili Nümayəndə, Tələbkar nümayəndəsi və vəkili Vəkil, Tələbkar nümayəndəsi X4, Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 iştirakı ilə, Bakı şəhər Qaradağ rayon İcra şöbəsinin icra məmuru X6 “icra sənədi üzrə icraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi haqında X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X5 məhkəməyə şikayətlə müraciət edərək Qaradağ Rayon Məhkəməsinin 2(002)- 206/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməsi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru S.Əhmədli tərəfindən “icraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclunun nümayəndəsi və vəkili Nümayəndə şikayətə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru S.Əhmədli tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “icraata başlama haqqında” qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayon İcra X1 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 16 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan protokoldan aydın olur ki, X3 rayon Məhkəməsinin e-2(002)- 206/2023 saylı, 03 may 2023-cü il tarixli icra sənədinə əsasən X7 azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X13 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M. Seyidov küçəsi, ev 5, 60 saylı mənzilə köçürülməsini təmin etməmişdir. Qaradağ Rayon Məhkəməsinin 3(002)-2790/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə X9 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə icra məmuru Səbuhi Əhmədli tərəfindən yenidən icraaata başlamaq haqqında qərar qəbul edilmiş və ona sms vasitəsilə bildiriş göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2156/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı hələ tərəflərə təqdim edilməmiş,icra məmurunun icraata yenidən başlanılması barədə qərarı qanunsuz və əsassızdır. “Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli e-2(002)-2014/2024 saylı qətnaməsindən aydın olur ki, cavabdeh Tələbkar iddiaçı X10 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 5 saylı evin, 60 saylı mənzildən istifadə hüququna xitam verilmişdir. Həmin qətnamədə də qeyd olunmuşdur ki, “yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən, cavabdehin keçmiş ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Göründüyü kimi mənzilə istifadə hüququna xitam verilməsinə dair qətnamə qanuni qüvvəsi aldıqdan sonra hazırkı icra işinin icra edilməsi daha düzgün və ədalətli olmaqla tərəflər arasında yeni münaqişənin yaranmasının qarşısını almış olacaqdır. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2014/2024 saylı qətnaməsi qanuni qüvvəsini alanadək iş üzrə icraata icra məmuru tərəfindən dayandırmalıdır. Borclunun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, ərizəni müdafiə edir. Onlar elə bilmişdilər ki, icra məmuru 17 oktyabr 2024-cü il tarixdə icraata başlama qərarı qəbul edib. Çünki icra məmuru tərəfindən Əliyev Rəşad icra şöbəsinə dəvət olunmuşdu. Ancaq məhkəmə iclasının gedişində məlum olmuşdur ki, 17 oktyabr 2024-cü il tarixdə icra məmuru icraata başlama qərarı qəbul etməyib. İcra məmuru 02 aprel 2024-cü ildə icraata başlamaq qərarını qəbul edib. Buna görə də, hazırda ərizəyə düzəliş edilməsi zərurəti yaranıb. Əliyev Rəşad və Tələbkar keçmiş ər-arvad olublar. Onların nikahı pozulub. Tərəflər arasında mənzil mübahisəsi var. Lakin Tələbkar mübahisəli evə ehtiyacı yoxdur. Burada Firuzənin mənzilə ehtiyacı olmasını sübut etmə yükü Firuzənin üzərinə düşür, Firuzə isə bunu sübut edə bilmir. Tələbkar burada sadəcə Əliyev Rəşad ilə prinsip aparır. Rəşad da işi ilə əlaqədar olaraq mübahisəli evdə daimi yaşamır. Onun iş yeri Mingəçevir şəhərində yerləşir. Həm də tərəflər münaqişəli ailədir. Onlar bir-birini təhqir edirlər, bir-birilərini üzərinə hücum edirlər. Bununla bağlı videogörüntü var. Onlar bir yerdə yaşaya bilməzlər. Mübahisəli mənzilə bağlı iki ziddiyyətli məhkəmə qətnaməsi var. Bir məhkəmə qətnaməsi Tələbkar mənzilə köçürülməsi ilə bağlı, digər məhkəmə qətnaməsi isə onun mənzildən çıxarılması ilə bağlıdır. Mənzilə köçürülməyə dair məhkəmə qətnaməsi qüvvədədir. Burada bir məhkəmə qətnaməsi digər məhkəmə qətnaməsinin icrasına maneə yaradır. Çünki Tələbkar mənzilə köçürülsə onun mənzildən çıxarılması icra məmurları üçün çətin olacaq. Odur ki, icra məmuru icra vərəqəsi üzrə icraatı dayandırmalıdır. Ərizəçinin nümayəndəsi və vəkili ərizənin təmin edilməməsini xahiş etmişdir. Tələbkar nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, ərizəni qəbul etmir. Tərəflər keçmiş ər-arvad olublar. X17 və oğluna yoluxucu xəstəliyə yoluxdurub. Rəşad evdə yaşamır, çünki icra məmurunun məhkəmə qətnaməsinin könüllü icrası barədə bildirişi həmin mənzilə göndərilsə də bildiriş Rəşad tərəfindən alınmamış və bildiriş geri qaytarılmışdır. Firuzənin isə evə ehtiyacı var. Borclunun vəkili tərəflərin münaqişəli ailə olduğunu, Firuzənin evə köçürülməməli olduğunu bildirir. Ancaq bu belə deyil. Belə ki, Firuzə şikayətlərində Rəşaddan deyil, onun qardaşı İlkindən şikayət edib. Bəlkə Rəşad və Firuzə barışıb ailəni bərpa edəcəklər. Firuzənin mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsi var və həmin qətnamə qüvvədədir. İcra məmuru 2 aprel 2024-cü ildə icraata başlama qərarı qəbul edib. İş üzrə icraat dayandırılmayıb. İcra məmuru məhkəmə qətnaməsini icra etməsi üçün Əliyev Rəşad barəsində borclunun axtarışı haqqında qərar qəbul edib, onun haqqında inzibati protokol qərar qəbul edib. İcra məmurunun qərarı ədalətlidir. Belə ki, hər iki iş üzrə qətnamənin bir-birinin icra icraatının dayandırmasına səbəb ola bilməz. İcrası tələb edilən qətnamə qüvvəyə minmişdir və hər kəs üçün məcburi olduğundan icra edilməlidir. Tələbkar məhkəmə qətnaməsinə əsasən mübahisəli evə köçürülməlidir. Tələbkar nümayəndəsi və vəkili Vəkil ərizənin təmin edilməməsini xahiş etmişdir. Tələbkar nümayəndəsi X8 məhkəmə iclasında iştirak edərək bildirdi ki, ərizəni qəbul etmir. Şikayətlər tələbkarla borclu arasında deyil borclunun qardaşının onlara yaratdığı problemlə əlaqdar olmuşdur. Qızının köçürülməsinin qarşısını süni surətdə alırlar. Tələbkar nümayəndəsi X8 ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X11 məhkəmə iclasında iştirak edərək bildirdi ki, ərizəni qəbul etmir. O, 2 aprel 2024-cü il tarixdə icraata başlamaq qərarını qəbul edib. Həmin qərarın ləğvi üçün əsaslar yoxdur. Əliyev Rəşada icraata başlamaq qərarı ilə birlikdə tələbin könüllü icrası bildirişi göndərilib, onunla telefon vasitəsilə əlaqə yaradılmağa çalışılıb. Borclunun axtarılması və onun məcburi gətirilməsi haqqında qərar qəbul edilib, barəsində inzibati protokol tərtib edilib. X23 məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırıb. İş üzrə icraatın dayandırılması olmayıb. Qətnamə qanuni qüvvəsini aldığı üçün müvafiq icra tədbirləri görülüb. İcra sənədi üzrə icra hərəkətlərinin dayandırılmasının qanunda konkret əsasları vardır, həmin əsaslar hazırda mövcud deyildir. İcra məmuru ərizənin təmin edilməməsini xahiş etmişdir. Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2024-ci il tarixli icraata başlamaq haqqında qərarı qəbul edilərək, həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya ünvanlanmışdır. X5 həmin qərardan şikayət verərək ləğvini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində icra sənədi üzrə icraata başlama əsasları öz əksini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.4-cü maddəsinə əsasən əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. Həmin Qanunun 8.5-ci maddəsinə görə tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İşin halları bundan ibarətdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 206/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar azyaşlı övladıxx.xx.2018-ci il təvəllüdlü X13 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzilinə köçürülməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı hərəkətlərin dayandırılması üçün əsaslar yoxdur. Şikayətin dəlilləri, yəni mübahisə ilə bağlı yeni əsaslar üzrə başqa məhkəmə qətnaməsinin çıxarılması və həmin qətnamədən verilən şikayətə yuxarı instasniya məhkəməsində baxılması qanuni qüvvəyə minmiş qətnamənin icrasının dayandırılması üçün əsas deyil. Göstərilən hallar icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı qanunvercilikdə nəzərdə tutulan tədbirlərin qanuna müvafiq görüldüyünü söyləməyə əsas verir. Məhkəmə qeyd olunan halları əsas götürərək hesab edir ki, X2 Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru S.Əhmədli tərəfindən “icraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarından şikayəti təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 nümayəndəsi və vəkili Nümayəndə Qaradağ Rayon Məhkəməsinin 2(002)- 206/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməsi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru S.Əhmədli tərəfindən “icraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarının qanunsuz hesab edilib ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-431/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-431/2024
01.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver