Məhkəmə qərarları › İş №8(002)-441/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-441/2024

01.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-441/2024 01.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-414/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsasən Borclu adına olan “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, **- MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin e-2(064)- 1092/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən Borclu 2335.33 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-in xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyəti yoxlanılmış, mülkiyyətində ““TOYOTA PRİUS (HİBRİD)” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş və Qaradağ Rayon Məhkəməsinin 8(002)-414/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuşdur. Tələbkar ASC-in xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən icra sənədi üzrə göstərilən borc tam şəkildə ödənildiyi üçün icra məmuru tərəfindən xx.xx.2024cü il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alınaraq avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və məhkəmə qanunvericiliyin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Füzuli Rayon Məhkəməsinin e-2(064)-1092/2024 saylı, xx.xx.2024-ci tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar ASC-in xeyrinə 1891.7 manat əsas, 213.63 manat faiz və 190 manat cərimə borcu olmaqla, ümumilikdə 2295.33 manat borc və 41 manat ödənilməmiş dövlət rüsumu tutulması qərara alınmışdır. Qeyd olunan icra sənədinin icrasının təmini məqsədilə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 8(002)-414/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərardadına əsasən, Borclu məxsus ““TOYOTA PRİUS (HİBRİD)” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İcra haqqında qanunvericiliyin təhlilindən görünür ki, borclu tərəfindən icra sənədi tam icra olunduqda icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul edir və xitam verilmiş icra icraatı üzrə görülmüş icra tədbirlərini ləğv edir. Təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, müvafiq icra sənədi üzrə borc tamamilə ödənilmişdir və icra haqqında qanunvericiliyin tələbinə əsasən görülmüş icra tədbirləri ləğv edilməlidir. Məhkəmə qeyd olunan halları nəzərə alaraq, icra qanunvericiliyinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülik Prosessual Məcəllənin 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-414/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərardadına əsasən Borclu məxsus “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, **-MP- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə və Bakı şəhəri Qaradağ Rayonu İcra Şöbəsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar