Məhkəmə qərarları › İş №8(002)-444/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-444/2024

06.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-444/2024 06.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, Borclu Rəfayıl oğlunun məcburi gətirilməsi barədə Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1164/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsi üzrə xx.xx.2024-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən, iddiaçı Tələbkar məxsus ünvan 1 ünvanında iddiaçının yaşadığı otağın həyətə açılan (hazırda hörülmüş) qapısının bərpa edilməsi və içəridən digər otağa açılmış qapının bağlanması öhdəliyi cavabdeh Borclu Rəfayıl oğlunun üzərinə qoyulmalı, həyətə açılan iki qapının ortasından iddiaçının öz vəsaiti hesabına tikinti norma qaydalarına əmək etməklə hasar çəkməsinə maneçiliyin törədilməsi cavabdeh Borclu Rəfayıl oğluna qadağan edilməlidir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət edərək, Laçın rayonu, Kamallı Ərazi İdarəsi, Çıraqlı kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Borclu Rəfayıl oğlunun Qaradağ rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsini xahiş etmişdir. Təqdimata görə, icra sənədi icra məmurunun icraatına xx.xx.2024-cü il tarixdə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu Rəfayıl oğlunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, lakin edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən o, təqdimatla məhkəməyə müraciət edərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə icra məmurunun təqdimatına əlavə etdiyi sənədləri, o cümlədən borclunun şəxsən qəbul etdiyi bildirişin surətini və borclunun izahatını nəzərə alaraq, belə qənaətə gəlir ki təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Laçın rayonu, Kamallı Ərazi İdarəsi, Çıraqlı kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Məmmədov X1 rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar