Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-445/2024 07.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin e-2(013)-1503/2024-005 nömrəli, xx.xx.2024-uü tarixli icra sənədinin icrası məqsədi ilə Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin təqdimatla məhkəməyə müraciət edərək, Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin e-2(013)- 1503/2024-005 nömrəli, xx.xx.2024-cü tarixli icra sənədinə əsasən Borclu 71 ma aa məbləğində pul vəsaiti tutularaq Tələbkar-nin xeyrinə ödənilməlidir.icra sənədi xx.xx.2024-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində İcra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə Borclu OGLUnun icra sənədində göstərilən Bakı Qaradağ ray, Lökbatan qəs., 28 May küç 10. m39. ünvanına göndərilmişdir və icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır.Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir.“icra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməmək üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur."icra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2- ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq icmal:, olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qo raman şikayət verilməmişdir.Göstərilənlərə əsasən və "icra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərar qəbul etməyiniz Sizdən xahiş olunur. İşdə iştirak edən tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixli icra tələbinin könüllü icrası barədə bildirişdən də görünür ki, Ağdam Rayon Məhkəməsinin e-2(013)-1503/2024-005 nömrəli, xx.xx.2024-cü tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarı və icra tələbinin könüllü icrası barədə bildirişi borclunun ünvanına göndərilmişdir. Təqdimata əlavə olunmuş Qaradağ rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsinə dair qərarı da borclunun ünvanına göndərilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəxs müvafiq icra sənədi üzrə məlumatı olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə Borclu barəsində icra məmuru tərəfindən müvafiq icra sənədinin icrasının təmin edilməsi məqsədilə bir sıra icra hərəkətləri həyata keçirilsə də, müvafiq icra sənədi üzrə tələbin icrasının təmin edilməsi mümkün olmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı şəxsin icra məmurunun çağırışlarından yayınmasının üzrlü səbəbdən baş verməsi halını da müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, təqdimat əsaslı olmaqla, təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1990-cı il tarixdə Ağdam rayonun Qərvənd kəndində anadan olmuş, Ağdam rayonu, Əhmədağalı Ərazi Dairəsinin, Çıraxlı kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında faktiki yaşayan Borclu Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №8(002)-445/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-445/2024
07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver