Məhkəmə qərarları › İş №8(002)-451/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-451/2024

07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-451/2024 07.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2596/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasına dair Qaradağ rayon İcra şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyatda olan “VAZ 21154” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002)-2596/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 309.91 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar-nin xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə daxii oin və qanuna müvafiq qaydada icraya yönəldilmişdir.icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrü Borclu icra sənədində qeyd olunan ünvan; göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmiak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir.Belə ki, “Elektron icra” informasiya sistemindən əidə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “VAZ 2.1 İ b minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır.İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri m; borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəinvj barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.Yuxarıda göstərilənləri və “icra haqqında” Azərbaycan Respublikası Qanununun 50 . maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan “VAZ 21154” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə hə qoyulmasına dair qərardad verilməsi xahiş olunur Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq icra tədbirləri həyata keçirməlidir. Təqdimata əlavə edilmiş, 15.10.2-024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2596/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icraata başlanmış və 10 gün müddətində könüllü icra edilməsinə dair bildiriş borclunun ünvanına göndərilmişdir Təqdimata əlavə edilmiş elektron portal çıxarışının surətindən görünür ki, “VAZ 21154” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili Borclu mülkiyyətindədir. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan “VAZ 21154” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərinə həbs qoyulmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus olan “VAZ 21154” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar